Modern.az

Tərtərdə qəza törədən Bərdə İcra Hakimiyyətinin əməkdaşı olub - Yenilənib

Tərtərdə qəza törədən Bərdə İcra Hakimiyyətinin əməkdaşı olub - Yenilənib

Aktual

11 Dekabr 2017, 00:00

Tərtər rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı "Kia" markalı avtomobilin sürücüsü Elşad Abbasov ölüb.

 

Qeyd edək ki, "Kia" ilə toqquşmuş "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərovdur.

 

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyətinin ağır olduğu bildirilir.

 

23:12

 

Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun giriş hissəsində qeydə alınıb.

 

Belə ki, "Toyota Land Cruiser" markalı avtomobillə "Kia" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "Kia"nın sürücüsü ölüb.

 

Qəza zamanı habelə "Kia" avtomobilinin daha iki sərnişini də ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı