Modern.az

Böyük Mason Lojası Qarabağı müzakirə etmək üçün Ermənistana gəlir

Böyük Mason Lojası Qarabağı müzakirə etmək üçün Ermənistana gəlir

Təhsil

30 İyun 2011, 17:57

İyulun 4-də başlanacaq səfər zamanı Böyük Usta Gi Arsize yüksək səviyyəli görüşlər keçirəcək

İyulun 4-də “Grand Orient De France” Fransa Mason Lojasının Böyük Ustası Gi Arsize Ermənistana gələcəyini açıqlayıb.  Modern.az erməni internet resurslarına istinadən bildirir ki,  bu barədə Lojanın yaydığı açıqlamada səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçiriləcəyi bildirilir. 
“Görüş çərçivəsində bir sıra yüksək səviyyəli rəsmi görüşlər keçiriləcək. Bu görüşlərdə Fransa və Ermənistan arasında olan siyasi və tarixi münasibətlər ətrafında müzakirələr aparılacaq”-deyə sənəddə vurğulanır. Görüşdə həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesinin də müzakirəsi istisna edilmir.

Böyük Usta həmçinin lojanın erməni üzvləri ilə görüşəcək. Daha sonra 6 iyulda səfərin nəticələri ilə bağlı mətbuat konfransı keçiriləcək.

“Grand Orient De France” Mason Lojası Avropanın ən qədim mason təşkilatı hesab olunur. Bu loja 1733-cü ildə fəliyyət göstərir.

X. SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə