Modern.az

ABŞ dünyada qadağan edilən terror təşkilatı ilə rəsmi əlaqələr yaradır

ABŞ dünyada qadağan edilən terror təşkilatı ilə rəsmi əlaqələr yaradır

30 İyun 2011, 13:43

ABŞ Misirdə fəaliyyət göstərən “Müsəlman Qardaşlar” Hərəkatı ilə rəsmi əlaqələr yaratmaq qərarına gəlib. Modern.az  “MİGnyus”-a istindən bildirir ki, bu barədə ABŞ-ın yüksək vəzifəli şəxsi bildirib. Ekspert hesab edir ki, bu addım islam qrupunun siyasi çəkisinin artmasının göstəricisi sayıla bilər.  Mənbə vurğulayıb ki, “Misirdə siyasi situasiya dəyişib”.

“Misirdə prezident postu və deputat yerləri uğrunda mübarizə aparan tərəflərlə əlaqə saxlamaq bizim maraqlarımızı təmin edir”-deyə adının çəkilməsini istəməyən şəxs bildirib. 
ABŞ rəsmisi bununla yanaşı qeyd edib ki, bu addımı Vaşinqtonun mövqeyinin qəfil dəyişməsi kimi qiymətləndirmək olmaz. O bunu “təkamül prosesi” kimi xarakterizə edib.

Qeyd edək ki, “Müsəlman Qardaşlar” Hərəkatı dünyanın bir sıra ölkələrində ekstrimist və vəhhabiliyi yaydığı üçün qadağan edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı