Modern.az

Nazirlər "Azərbaycan" kinoteatrında «Tərsinə çevrilən dünya”ya baxdılar

Nazirlər "Azərbaycan" kinoteatrında «Tərsinə çevrilən dünya”ya baxdılar

Təhsil

30 İyun 2011, 20:55

Polisin peşə bayramı ərəfəsində - iyunun 30-da Heydər Əliyev adına Respublika Sarayında “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi «Tərsinə çevrilən dünya” adlı bədii filmin təqdimat mərasimi keçirilib. 

Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin ssenarisi əsasında çəkilmiş, quruluşçu rejissoru Ənvər Əbluc olan yeni film daxili işlər orqanlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsinə həsr olunub. 

Flmin nümayişindən əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və daxili işlər naziri Ramil Usubov çıxış edərək filmin uğurlu alınmasında əməyi olan yaradıcı kollektivi təbrik edib, onun əhəmiyyətindən danışıb, hüquq-mühafizə orqanlarının çətin və şərəfli fəaliyyətindən bəhs edən belə filmlərin bundan sonra da çəkilməsinin vacibliyini vurğulayıblar. Sonra daxili işlər nazirinin əmri ilə yaradıcı kollektivin bir qrupuna mükafatlar təqdim olunub.

DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bir hissəsi İran İslam Respublikasında və iranlı aktyorların iştirakı ilə çəkilmiş filmin ərsəyə gəlməsində qonşu dövlətin Mədəniyyət Nazirliyi və “Sədrafilm” kinostudiyası yaxından köməklik göstərib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə