İyunun 30-da Avropa Liqasında birinci təsnifat mərhələsinin oyunlarına start verilib. Azərbaycan komandalarından 2-di bu mərhələdən mübarizəyə qoşulub. AZAL evdə, "Qarabağ" səfərdə oynayıb.
"Qarabağ" Litvada "Banqa" klubu ilə qarşılaçıb. Ağdam təmsilçisi rəqibindən üstün olduğunu sübut edib. Belə ki, "Qarabağ" səfərdə 4:0 hesabı ilə qalib gələrək indiyədək heç bir klubumuz səfərdə imza atmadığı uğur əldə edib - böyükhesablı qələbəyə nail olub.
"Qarabağ" "Banqa"nı keçəcəyi halda Farer adalarının "Streymur" klubu ilə qarşılaşacaq.AZAL isə doğma azarkeşləri önündə Belorusiya "Minsk"i ilə qarşılaşıb. "Qarabağ"dan fərqli olaraq AZAL Avroliqaya uğursuz start verib. Öncə 0:1 hesabı ilə məğlub olan AZAL yekunda 1:1 hesablı heç-heçəyə nail ola bilib.
AZAL isə "Minsk"i mübarizədən kənarlaşdıracağı təqdirdə Türkiyənin "Qaziantepspor"klubu ilə qarşılaşacaq. Amma çətin vəziyyətə düşən komandamızın səfərdən qələbə ilə qayıdacağı şübhə doğurur."Banqa" 0 - 4 "Qarabağ"
qollar: Rəşad Sadiqov, 15 (0:1), Vüqar Nadirov, 33 (0:2), 69 (0:3), Bəxtiyar Soltanov, 86 (0:4)
"Qarabağ"ın heyəti: Boyan Pavloviç, Admir Teli, Rəşad Sadıqov, Ansi Aqolli, Maksim Medvedyev, Namiq Yusifov, Rəşad Sadiqov, Nderim Necipi (Qara Qarayev, 79), Vüqar Nadirov, Georgi Adamiya (Emin İmaməliyev, 83), İlqar Qurbanov (Bəxtiyar Soltanov, 70)
"Banqa"nın heyəti: Paulius Poçius, Deyvidas Padaygis, Karlois Urbaytis (Anatolie Ostap, 46), Andrius Lipskis (k), Mikas Kura, Mankas Qudauskas, İrmantas Zelmikas, Çaleb Ekveqbo, Sergey Tatyetanq, Andrey Lisaçov, Marian Çoruzi
AZAL-ın heyəti: Cahangir Həsənzadə, Robert Petrov, Usim Nduka, Aqil Nəbiyev, Ritus Krjauklis, Tərlan Xəlilov, Zohair Benouahi, Viktor İqbekoye, Mənsur Limani, Kius İkedia, Enyo Krastovçev
"Minsk"in heyəti: Simas Skinderis, İqor Voronkov, Aleksandr Saçivko, Andrey Razin (k), Denis Saçeko, Roman Vasilyuk, Yevgeni Loşanov, Dmitri Şeqrikoviç, Artyom Rəhmanov, Tajia Soro, Yonas Pyatrauskas