Modern.az

“Vətəni tanı” Ucarda... (FOTO)

“Vətəni tanı” Ucarda... (FOTO)

Təhsil

1 İyul 2011, 12:48

“Vətəni tanı” Ümumrespublika Kampaniyasının seçim turları bu dəfə Ucarda keçirilib. Ucar şəhəri 1 saylı orta məktəbdə baş tutan seçim turunun açılış mərasimində Gənclər Təşkilatları Milli Şuranın mətbuat katibi Orxan Əli, rayon Təhsil Şöbəsinin və Milli Şuranın katibliyinin üzvləri iştirak ediblər. Açılış mərasimində çıxış edənlər layihənin əhəmiyyətindən danışaraq bildiriblər ki, ölkəmizin tanıdılması, ərazi bütövlüyü məsələsi, gənclərimizdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində “Vətəni tanı” çox önəmli layihədir. O da qeyd edilib ki, bütün regionları əhatə edəcək layihə həmçinin gənclərin coğrafi biliklərin artırılmasında mühüm rola malikdir.

Ucarlı gənclərin yüksək aktivliyi ilə keçən layihədə iki nəfər respublika tutuna vəsiqə qazanıb.

Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları  nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.



Mail
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə