Modern.az

İlham Əliyev Əhmədinejada salam göndərib

İlham Əliyev Əhmədinejada salam göndərib

Təhsil

1 İyul 2011, 15:34

Prezident İlham Əliyev iyulun 1-də İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. (AzərTAc)
Dövlət başçısı İlham Əliyev İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin ölkəmizə səfərinin uğurlu olacağını deyib və səfərin Azərbaycan-İran əlaqələrinin inkişafı baxımından əhəmiyyətini qeyd edib. Xalqlarımızın dostluq və qardaşlıq əlaqələrinin gücləndiyini vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin iki dövlət arasındakı münasibətlərin inkişafına təkan verdiyini deyib.
Azərbaycan ilə İran arasında bütün sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini bildirən dövlət başçısı siyasi sahədə əlaqələrin gücləndiyini vurğulayıb.
 Azərbaycan Prezidenti iqtisadi sahədə yaxşı nəticələrin əldə olunduğunu, xüsusilə nəqliyyat və enerji sektorlarında konkret layihələrin icra edildiyini və gələcəkdə bu istiqamətdə daha da fəal əməkdaşlıq etməyin zəruriliyini bildirib.
Mədəniyyət və humanitar sahədə əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı bu sahədə əməkdaşlığı genişləndirməyin önəmini qeyd edib. Dövlət başçısı Azərbaycan-İran əlaqələrinin ölkələrimizlə yanaşı, bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün də mühüm əhəmiyyət daşıdığını deyib. Parlamentlərarası əlaqələrə toxunan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulayıb və əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlərin zəruriliyini bildirib.
Əli Laricani İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlət başçısına çatdırıb. Sonuncu dəfə Azərbaycana 14 il bundan əvvəl səfər etdiyini deyən qonaq ötən dövr ərzində ölkəmizdə çox böyük inkişaf proseslərinin şahidi olduğunu vurğulayaraq bunu Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün siyasətin nəticəsi kimi dəyərləndirib və əldə olunan nailiyyətlərə görə dövlət başçısını təbrik edib.
Dövlətimizin başçısı İlham Əliyev Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə