Modern.az

Erməni təhsil naziri: “Göndərdiyimiz dəvətnamə Misir Mərdanova çatıb”

Erməni təhsil naziri: “Göndərdiyimiz dəvətnamə Misir Mərdanova çatıb”

Təhsil

1 İyul 2011, 18:17

“Ermənistanda Boloniya prosesi çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün Azərbaycanın təhsil nazirinə göndərdiyimiz rəsmi dəvət Misir Mərdanova çatıb”. 

Modern.az erməni internet resurslarına istinadən bildirir ki, bu barədə təhsil naziri Armen Aşotyan bildirib. Nazir qeyd edib ki, bu barədə məlumat ona Xarici İşlər Nazirliyinidən verilib. A. Aşotyan həmçnin müvafiq dəvətin Türkiyə təhsli nazirinə də çatdırıldığını deyib.

“Biz Boloniya prosesinə daxil olan bütün ölkələrin nümayəndələrini çağırmışıq”-deyə erməni nazir deyib.
İyulun 1-dən 2011-ci ilin dekabrın 31-nə qədər Polşa və Ermənistan Boloniya prosesində həmsdər olacaqlar. Bununla bağlı İrəvan bir sıra tədbirlər keçirməyi planlaşdırıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə