Modern.az

Cahangir Novruzov Türkiyədə mükafat aldı - FOTOLAR  

Cahangir Novruzov Türkiyədə mükafat aldı - FOTOLAR  

Aktual

19 Dekabr 2017, 12:23

Azərbaycanın teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə "XVII Direklerarası Seyirci Ödülləri" teatr mükafatının qalibi olub.

 

Bu barədə Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib.

 

O, bu mükafata Adana Böyükşəhər Bələdiyyə Teatrında səhnələşdirdiyi A.P.Çexovun kiçik dram əsərlərindən ibarət "Ah, bu evlilik..." tamaşasındakı rejissor işinə görə layiq görülüb. Mükafat Adanada keçirilən mərasimində həmyerlimizə təqdim olunub.

 

Mükafatın "Halk Jürisi"nin üzvləri 2016-2017-ci ilin teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər. Münsiflər heyətinin üzvləri Türkiyənin bir sıra şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər. Xatırladaq ki, Cahangir Novruzov ötən teatr mövsümündə "Tiyatro için Emek Ödülü" mükafatına layiq görülmüşdü.

 

Qeyd edək ki, 1995-ci ildən Türkiyədə yaşayan Cahangir Novruzov 20 ildir Adana şəhərində, Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. O, eyni zamanda Adana Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədr müavinidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır