Modern.az

Trampın yeni DOKTRİNASI: Rusiya və Çin ABŞ-ın hədəfində

Trampın yeni DOKTRİNASI: Rusiya və Çin ABŞ-ın hədəfində

Dünya

19 Dekabr 2017, 16:09

ABŞ prezidenti Donald Tramp yeni Milli Təhlükəsizlik Konsepsiyasını təqdim edib. Modern.az xəbər verir ki, yeni konsepsiyada böyük dövlətlər arasında rəqabətin və gizli düşmənçilyin geri döndüyü təsbit olunub.

 

ABŞ doktrinada Rusiya və Çini yeni dünya düzəni qurmağa çalışan ölkələr adlandırıb.

Adətən, Milli Təhlükəsizlik Strategiyası tipli sənədlər Ağ Evin rəsmi saytında dərc olunsa da, bu dəfə Tramp formata öz ictimai çıxışını da əlavə edib. Nitqində Tramp gücündən söz açmaqla yanaşı, dövləti gözləyən təhlükələrdən də yan keçməyib.

 

“Bizim düşmənlərimiz güclü, səbrli və uzunmüddətli oyuna hazırlaşır. ABŞ olaraq biz də buna hazırıq”.

 

Hər yeni prezident dövründə dərc olunan bu doktrinalar yeni administrasiya dönəmində dünyada görülən əsas təhlükələri göstərir və buna qarşı effektiv mübarizə metodları təklif olunur.

 

“ABŞ dünyadan özünü təcrid edən rejimlərin idarə etdiyi dövlətlərin nüvə hücumları ilə qarşı-qarşıyadır” – deyə qeyd olunan sənəddə bu təhlükələr kontekstində Şimali Koreya və İranın adları çəkilir.

 

Sənəddə ABŞ-ın İraq və Suriyada böyük uğur qazanması qeyd olunduğu kimi, ölkə daxilində də iqtisadi artım templərinin xeyli yüksəldiyi bildirilir.

 

Ağ Ev Rusiya və Çini revizionist güclər adlandırır və dünyadakı status-kvonu ABŞ-ın maraqlarının ziddinə dəyişməyə çalışdığı da vurğulanıb.

“Çin ABŞ-dan sonra ən güclü və maliyyə baxımından təmin olunmuş ordusunu yaradır. Çin və Rusiya dünyanın ABŞ-ın dəyər və maraqlarına zidd istiqamətdə getməsini istəyir”.

 

Trampın doktrinası ilk növbədə Çini hədəf seçib.

“Çin ABŞ-ı Asiya regionunda əvəzləmək istəyir. Rusiya isə keçmiş qüdrətini qaytarmaq üçün sərhədlərində nüfuz dairələri yaratmaq arzusundadır”.

 

Bununla yanaşı, rəsmi Vaşinqton Moskva və Pekinlə əməkdaşlığı saxlamaq niyyətindədir.

 

Digər tərəfdən, Rusiya və Çin Venesuela hakimiyyətinə dəstək verməkdə, Kubaya investisiya yatırmaqda və qonşuluqlarında yerləşən ölkələri öz təsiri altında saxlamaq niyyətlərinə görə tənqid olunur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır