Modern.az

Dəyişiklik “Azəravtoyol”-a nə verəcək? - Rəsmi AÇIQLAMA  

Dəyişiklik “Azəravtoyol”-a nə verəcək? - Rəsmi AÇIQLAMA   

Aktual

20 Dekabr 2017, 11:15

Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında  fərman imzalayıb.
Fərmanla “Azəravtoyol” ASC-nin adı dəyişdirilərək “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi"(AAYDA) adlandırılıb.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ad dəyişikliyinin hansı dəyişikliyə səbəb olacağını Modern.az-a açıqlayıb.

 

O deyib ki, fərmanla təmsil etdiyi qurum publik hüquqi şəxs statusu alıb:

“Bununla bağlı da nizamnamədə, fəaliyyətdə müəyyən dəyişikliklər ediləcək. Amma bu, ciddi dəyişiklik deyil. AAYDA agentlik olsa da, publik hüquqi şəxsə çevrilir. Bu baxımdan əməkdaşların dövlət qulluqçusu statusu almasından söhbət getmir”.


A.Nəcəfli bildirib ki, dəyişikliklə ödənişli yolların çəkilişi və istismarında qurum birbaşa iştirak edəcək:


“Bildiyiniz kim, bununla bağlı qanun qəbul edilib. Artıq ödənişli yolların çəkilişi və istismarında biz özümüz iştirak edəcəyik. Bundan əvvəl hansısa yolun tikilişi üçün investor cəlb olunurdu. Amma indi özəl qurum olaraq, hər hansı ödənişli yolu tikib istismara verə biləcəyik. Eyni zamanda, xaricdə keçirilən tenderlərdə iştirak edib, orada da fəaliyyət göstərə bilərik. Bir növ fəaliyyət dairəmiz genişlənir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır