Modern.az

Dünya sürətlə silahlanır- Gələcəyin müharibələri necə olacaq?

Dünya sürətlə silahlanır- Gələcəyin müharibələri necə olacaq?

20 Dekabr 2017, 13:11

2017-ci ildə dünya ölkələri hərbi xərclərə 1,65 trilyon dollar vəsait ayırıblar. Bu nəhəng xərclər yeni silahların alınmasına, müxtəlif infrastruktur işlərin və yeni dağıdıcı silahlar hazırlamaq üçün hərbi-elmi tədqiqatlara sərf olunub.

Dünyanın əsas hərbi gücləri – ABŞ, Çin və Rusiya da hərbi xərclərini azaltmaq niyyətində deyil. ABŞ ötən il hərbi xərclərə 611 milyard dollar, Çin 211 milyard dollar və Rusiya isə 69,2 milyard dollar vəsait ayırıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, xüsusən ABŞ yeni silahların tətbiq olunmasında maraqlıdır. Artıq indidən Pentaqonun bəzi rəsmiləri kosmosu müharibə üçün yeni məkan adlandırıblar. Elektromaqnit silahına malik kosmik obyektlərin fəzaya qalxması bu sahədə perspektivli kəşf sayılır. Belə kosmik obyekt elektrik şəbəkəsini, idarəetmə sistemini, informasiya toplama mərkəzini sıradan çıxarmaq gücünə malikdir.

 

Bu gün elektromaqnit silahını fəzaya qaldıracaq texnologiya ABŞ, Çin, Rusiya, Hindistan, Yaponiya və Avropa Birliyi ölkələrində var.

 

Digər tərəfdən,  peyklərdə lazer silahının yerləşdirilməsi ballistik raketin startdan dərhal sonra vurulmasına yardım edəcək. Bu sahədə ABŞ, Rusiya və Çinin sınaqları davam edir. 

 

Müasir hərbi sənaye effektiv və yüksək dəqiqliyə malik silahların hazırlanmasına çalışır. Bu kontekstdə qanadlı raketlər öz manevr imkanları və hava müdafiə sistemindən yayınmaq xarakteristikasına görə xeyli seçilir.

 

Hipersəsli raketlərin əsas üstünlüyü saatda 6 min kilometr sürətlə hərəkət edərək, planetin istənilən nöqtəsində yerləşən hədəfi 1 saat içində məhv etməsi ilə bağlıdır.

 

Bu səbəbdən hələ 2001-ci ildə ABŞ-da ani qlobal zərbələr endirmək üçün PGS (Prompt Global Strike) konsepsiyası qəbul etmişdilər. Bu konsepsiya çərçivəsində amerikalı hərbçilər 2 min kilometr məsafəyə və 30 kilometr hündürlüyə qədər uça bilən X-51A Waverider raketlərini hazırlayıb.

 

Strateji aviasiya təyyarələrindən hədəfə buraxılacaq bu raketlər 2020-ci ildə hazır olmalıdır.

 

Rusiya da 2016-cı ilin avqustundan başlayaraq hipersəsli “Tsirkan” qanadlı raketlərinin sınağına başlayıb. Eyni layihə Çin və Hindistan tərəfindən də reallaşdırılır.

 

Son illər müdafiə sənayesinin ən böyük uğurlarından biri PUA (pilotsuz uçuş aparatı) yaradılmasıdır. İldən-ilə onların həll etdiyi döyüş tapşırıqlarının miqyası genişlənir. İstisna olunmur ki, gələcəkdə pilotsuz təyyarələr pilotların idarə etdiyi təyyarələri sıxışdırıb çıxaracaq. Belə ki, hələlik bütün PUA-lar hədəfi məhv etmək üçün komanda mərkəzindən verilən əmrləri icra edir.

 

Lakin süni intellektin inkişafı PUA-lara hədəfi məhv edib-etməmək üçün seçim şansı tanıyacaq.

 

Gələcəyin silahları arasında stels texnologiyaları ilə hazırlanmış görünməz təyyarələri, kosmosda elektromaqnit sahəsi yaradan kinetik silahları bu sıraya aid etmək olar. Bununla yanaşı, aşkar olunması asanlaşan sualtı qayıqlardan istifadə müəyyən suallar doğuracaq və aktuallığını itirəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü