Modern.az

“Fitch” Beynəlxalq Bankının reytinqlərinə yenidən baxacaq

“Fitch” Beynəlxalq Bankının reytinqlərinə yenidən baxacaq

20 Dekabr 2017, 16:06

"Fitch” Beynəlxalq Reytinq Agentliyi 20 dekabr 2017-ci il tarixində Bankların qiymətləndirilməsi meyarları metodologiyasına etdiyi dəyişikliklərlə əlaqədar olaraq Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozlarına yenidən baxılacağını elan edib.

 

Beynəlxalq Bnakın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, metodologiyada aparılan dəyişikliklərə uyğun olaraq, Fitch 'ccc' reytinq proqnozu səviyyəsinə + və - modifikatorlarının tətbiqini planlaşdırır. Buna əsasən, ABB-nin hazırda “ccc” səviyyəsində olan dayanıqlıq reytinq proqnozuna (VR) yenidən baxılması nəzərdə tutulur.

Reytinq proqnozlarının dəyişməsi bankın risk profilinin qiymətləndirilməsindən asılı olaraq 2018-ci ildə elan ediləcək.

 

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin könüllü restrukturizasiyası prosesi müvəffəqiyyətlə başa çatdıqdan sonra, bankın xarici valyutada uzunmüddətli reytinqi Fitch tərəfindən “B-” səviyyəsinə yüksəldilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?