Modern.az

Cəzaçəkmə müəssisələrində HUMANİSTLƏŞDİRMƏ həyata keçirilir  

Cəzaçəkmə müəssisələrində HUMANİSTLƏŞDİRMƏ həyata keçirilir   

Aktual

21 Dekabr 2017, 11:25

Prezident İlham Əliyev tərəfindən 10 fevral 2017-ci il tarixdə imzalanmış “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalanıb.


Sərəncamın tələblərindən irəli gələn vəzifələrin icrası məqsədilə ədliyyə naziri Fikrət Məmmədov cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklər haqqında Qanunun icrasının təşkili barədə konkret göstərişləri özündə əks etdirən 21.11.2017-ci il tarixli əmr imzalayıb.


Əmrdə Cinayət Məcəlləsinə 300-dək mühüm dəyişiklik edildiyi, bir sıra əməllərin dekriminallaşdırılması, azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə 160-dək maddənin sanksiyasına alternativ cəzalar, o cümlədən azadlığın məhdudlaşdırılması kimi yeni cəza növünün daxil edilməsi, 40-dək cinayətə görə azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi öz əksini tapıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Modern.az-a bildirib ki, artıq dəyişikliklərlə bağlı icra işlərinə başlanılıb:


“Məhkumların şəxsi işləri aidiyyatı üzrə məhkəmələrə təqdim olunub. Hazırda məhkəmələr tərəfindən icra işlərinə başlanılıb. Həm cəzaçəkmə müəssisələri, həm də məhkəmələr özləri bilavasitə bu işlə məşğuldur”.


Polkovnikin sözlərinə görə, artıq çox sayda şəxs cəzadan azad olunub, cəzası yüngülləşdirilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır