Modern.az

Bakı Dəmir Yolu Vağzalında bomba həyəcanı - Vağzal boşaldılıb, bilet satışı dayanıb

Bakı Dəmir Yolu Vağzalında bomba həyəcanı - Vağzal boşaldılıb, bilet satışı dayanıb

Aktual

21 Dekabr 2017, 13:53

Bu dəqiqələrdə Bakı Dəmir Yolu Vağzalının binasında bomba həyəcanı yaşanır. Bu barədə Modern.az-a məlumat verən “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları axtarışlara başlayıb:

“Naməlum şəxs Bakı Dəmiryolu Vağzalının ikinci mərtəbəsində yerləşən restoranlardan birinə partlayıcı qoyulduğu barədə polisə məlumat verib. Bundan sonra hadisə yerinə nazirliyin xialsediciləri cəlb olunub. Axtarışlar davam edir. Axtarışlara itlər də cəlb edilib”.

 

S.Qədirova bildirib ki, vağzal tamamilə boşaldılıb, bilet satışı dayandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi