Modern.az

“Əməkdar artist” adı verilən xanəndə Prezidentə təşəkkür etdi

“Əməkdar artist” adı verilən xanəndə Prezidentə təşəkkür etdi

21 Dekabr 2017, 14:47

Prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətlərinə görə Ehtiram Hüseynova “Əməkdar artist” fəxri adının verilməsilə bağlı fərman imzalayıb.

 

Modern.az-ın məlumatına görə, əməkdar artist bu fəxri ada görə ölkə rəhbərliyinə təşəkkür edib:

 

“Əziz və möhtərəm cənab Prezidentim! Sizin Sərəncamınızla Azərbaycan Respublikasının "Əməkdar artist"i fəxri adına layiq görülməyimdən çox böyük qürur və şərəf hissi duyuram. Şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə dərin təşəkkür edirəm”.

 

“Bundan sonra da musiqi mədəniyyətimizin, muğam sənətinin inkişafında bacardığım səyləri əsirgəməyəcəyəm”, - deyə E.Hüseynov bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?