Modern.az

“El Klassiko” da maraqlı ANLAR - TARİX

“El Klassiko” da maraqlı ANLAR - TARİX

Aktual

23 Dekabr 2017, 15:56

Bu ilin son “El Klassiko”suna çox az bir müddət qalıb (dekabrın 23-də “Real Madrid”lə “Barselona” qarşılaşacaq). “El Klassiko” dünyada ən çox izlənilən və ən böyük maraq dairəsində olan futbol qarşılaşmasıdır desək,yəqin ki,yanılmarıq. Modern.az bu oyundan əvvəl tarixdə bu nəhəng iki klubun oyunlarından yadda qalan ən maraqlı faktları araşdırıb.

 

İlk "El Klassiko"

 

Tarixən ilk “El Klassiko” 13 may 1902-ci ildə keçirilib. Madrid şəhərində oynanılan ilk matç “Barselona”nın 3-1 hesablı qələbəsi ilə yekunlaşıb. “Barselona” klubunda Stramberq 2, əfsanəvi futbolçu Qamper isə bir dəfə fərqlənib.

 

Frankonun oyunu

 

1943-cü ildə oynanılan “Real Madrid”- “Barselona” matçı tarixi qalmaqala səbəb olub.Belə ki,bu qarşılaşma “Real Madrid”in 11-1 hesabı ilə qələbəsi ilə yekunlaşmışdı. Ancaq sonradan məlum olur ki,oyundan əvvəl “Barselona”nın soyunub -geyinmə otağına polislər gedərək onları ölümlə təhdid edib. Bu yarış diktator Frankonun şərəfinə keçirilirdi,Franko isə “Real Madrid”in azarkeşi olub.Ölüm təhdidi ilə oyuna çıxan katalonlar böyük hesab ilə məğlub olurlar.

 

Pivə bardaqları

 

1968-ci ildə Barnabeuda keçirilən final oyununda “Real” Zunzunequinin öz qapısına vurduğu qol ilə 1-0 hesabı ilə məğlub olur. Bundan sonra “Real” azarkeşləri özləri ilə gətirdikləri pivə bardaqları ilə komandalarına hücum edirlər. Hadisə zamanı yaralananlar olur. Bundan sonra oyunlara pivə bardaqları ilə gəlmək qadağan edilir.

 

Kroyfun təsiri

 

1974-cü ildə Barnabeuda keçirilən “El Klassiko”da “Barselona” 5-0 hesabı ilə “Real”ı məğlub edib. Bu oyunda katalonların əfsanəsi Yohan Kroyf komandasının gücünə güc qatıb. Ancaq oyunun tarixi tərəfi başqadır. Bu oyunda Bbrselonalı azarkeşlər qələbədən sonra əzəli rəqibinin stadionunda şənlik keçiriblər.

 

Fərqli gün

 

“El Klassiko” tarixən hər zaman həftə sonları keçirilib. Lakin 1976- cı ildə Frankonun ölümünün ildönümü ilə əlaqədar oyun cümə günü keçirilib. Polis bədbəxt hadisənin ola biləcəyini düşünürək Federasiyadan  oyunun fərqli gündə keçirilməsini istəyib. Qeyd edək ki, bu oyun katalonların 2-0 hesablı üstünlüyü ilə başa çatıb.

 

Texniki nasazlıq

 

1984-cü ildə keçirilən “Real Madrid”- “Barselona” oyunundan əvvəl baş verən texniki nasazlıqlar ucbatından oyunu heç bir telekanal yayımlaya bilməyib. Oyunu yalnız radiodan dinləyənlər və stadionda olan azarkeşlər izləyə bilib.

 

Maykl Laudrup

 

Maykl Laudrup həm “Real Madrid” forması ilə “Barselona”ya,həm də “Barselona” ilə “Real Madrid”ə 5-0 hesabı ilə qalib gəlməyi bacaran yeganə oyunçudur. Ən maraqlısı budur ki, oyunçu bu iki qələbəni ardıcıl mövsümlərdə qazanıb.

 

Covanninin qol hərəkəti

 

1997-ci ildə keçirilmiş oyunun 79-cu dəqiqəsində Covanni “Real Madrid”in qapısına qol vurur. Amma qolunu qeyd edərkən azarkeşlərə doğru təhqir sayıla biləcək qol hərəkətindən istifadə edir. Bu azarkeşlərin kəskin etirazına səbəb olur. Covanni bundan sonra madridli azarkeşlərdən üzr istəsə də, 2 oyunluq cəzalandırılmışdı.

 

Barnabeu oyunçunu alqışlayır

 

Dünya futbolunun unudulmaz simaları olur. Bu şəxslərdən biri Ronaldinyodur. 2005-ci ildə Barnabeuda  “ Barselona”  “Real”ı 3-0 məğlub edir. 2 qol, 1 assist ilə oyuna damğa vuran Ronaldinyonu “Real Madrid”in 80000 nəfər azarkeşi ayaq üstə alqışlamışdı.

 

Pep Mourinyoya qarşı

 

2011-ci ildə UEFA Çempionlar Liqasının yarımfinalında əzəli rəqiblər bir-birinin rəqibi olur. “Real Madrid”in baş məşqçisi Joze Mourinyonun oyundan əvvəl rəqibinə qarşı qıcıqlandırıcı ifadələrindən bezən Pep Qvardiola mətbuat konfransında bunları deyir:

“Mourinyo mətbuat konfransının patronu ola bilər,amma meydanda kimin olacağını görəcəyik”.

 

Oyun 2-0 hesabı ilə “Barselona”nın qələbəsi ilə yekunlaşır, ”Barselona”nın futbolçusu Leonel Messi isə “Real”a ən gözəl qollarından birini bu oyunda vurub.

 

Əbülfəz Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir