Modern.az

“Apple” süni problemlər yaradır – şirkət ittihamları qəbul etdi

“Apple” süni problemlər yaradır – şirkət ittihamları qəbul etdi

23 Dekabr 2017, 16:03

“Apple” şirkəti  köhnə iPhone-larının sürətini qəsdən yavaşladır. 

 

Modern.az xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

 

Məlumata görə, iPhone istifadəçiləri yeni iphone nümunələrinin satışa çıxarılmasından sonra iphonelərə köhnə modellərin fəaliyyətinin yavaşlaşdığından və batareya gücünün getdikcə azaldığından şikayət edirdilər.

 

Aparılan araşdırmalarda “Apple” şirkətinin  köhnə model iPhone-ların sürətini bilərəkdən azaltdığı məlum olub.

“Apple”  şirkəti “Reuters”ə açıqlamasında bunun həqiqət olduğunu etiraf edib.

 

“Apple” İphone-ların iş fəaliyyətinin aşağı düşməsini qəbul etdikdən sonra iphone istifadəçisi olan iki nəfər şirkətdən təzminat almaq üçün məhkəməyə müraciət edib.

 

Məhkəməyə müraciət edən İPhone 7 istifadəçisi Boqdanoviç və Speas, mövcud hədəflərin tətbiqinə başlamadan əvvəl  şirkətin istifadəçilərə xəbərdarlıq etmədiyini və iqtisadi zərərə uğradıqlarını bildiriblər.

 

Onlar qeyd ediblər ki, ABŞ-da  iPhone 8 istisna olmaqla, digər iphone istifadəçilərinin hamısı bu problemdən narahatdır.

 

“Apple” istifadəçilərə səslənərək şirkətin həmişə istifadəçi məmnuniyyətini  və cihazın ömrünü ən yüksək səviyyədə saxlamağı hədəflədiyini, bu problemlərin aradan qaldıracağını deyib.

 

Nəzrin CAVİD

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi