Modern.az

Prezidentin qızı üçüncü dəfə ana oldu

Prezidentin qızı üçüncü dəfə ana oldu

4 İyul 2011, 15:17

Özbəkistan prezidenti İslam Kərimovun qızı Lala Kərimova üçüncü dəfə ana olub. Modern.az özbək internet resurslarına istinadən bildirir ki, Lala Kərimova qız uşağı dünyaya gətirib. Uşağa Səfiyyə adı qoyulub.

“Mən xoşbəxtəm ki, Allah mənə bu yüksək hissi üçüncü dəfə yaşatdı. Bizim ailəmiz Səfiyyənin gəlişi ilə daha da artdı. Bu bizim üçün bütün xəbərlərdən daha əsasdır”-deyə Lala Kərimova bloqunda yazıb.

Lala Kərimova hazırda Özbəkistanın YUNESKO-dakı daimi nümayəndəsidir. Onun adı Fransa qəzetlərinin biri ilə məhkəmə çəkişmələrində hallanır. Fransız jurnalist İslam Kərimovu  Özbəkistanda insan haqlarının pozumaqda, qızı Lalanı isə “qara pullar” vasitəsilə Avropda müxtəlif xeyriyyə tədbirlərini maliyyələşdirməkdə ittiham edib. 
Prezidentin qızı öz növbəsində həmin jurnalisti məhkəməyə verib.


Prezidentin qızı Lala Kərimova

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi