Modern.az

SOCAR-ın zavodunda faciə: Bir fəhlə öldü

SOCAR-ın zavodunda faciə: Bir fəhlə öldü

23 Dekabr 2017, 19:51

Sumqayıtda Etilen-polietilen zavodunda bədbəxt hadisə olub. SOCAR-ın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə bu gün saat 12.30 radələrində zavodun ərazisində qeydə alınıb. Ərazidə yerləşən anbar binasının təmiri ilə əlaqədar "Azərikimya" İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 1 saylı Mexaniki quraşdırma sahəsinin işçiləri - quraşdırıcı çilingər Məmmədov Əlövsət Adil oğlu və elektrik qaz qaynaqçısı Əzizli Toğrul Cavadxan oğlu avtosəbətdə işləyərkən, avtosəbətin oxunun sınması nəticəsində yerə düşüblər.

 

Dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım hər iki işçini xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, 16-00 radələrində Məmmədov Əlövsət Adil oğlu dünyasını dəyişib. Toğrul Əzizlinin həyatı hazırda təhlükə altında deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Nəticə barədə əlavə məlumat veriləcək.

 

SOCAR rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir