Modern.az

Azərbaycanda vəkillərin sayı artırılıb

Azərbaycanda vəkillərin sayı artırılıb

23 Dekabr 2017, 20:46

Azərbaycanda vəkillərin sayı 10 nəfərdən çox artırılıb. Modern.az xəbər verir ki, bununla bağlı qərar Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2017-ci il üzrə fəaliyyətinin yekunlarına dair geniş tərkibli iclasında qəbul olunub.

 

Belə ki, Anar Bağırovun sədrliyi ilə keçirilən iclasda bir sıra təşkilati, vəkillərin intizam, vəkilliyə qəbul imtahanlarına hazırlıq, habelə vaxtilə bütün imtahan mərəhələlərini keçmələrinə baxmayaraq, müxtəlif səbəblərdən vəkilliyə keçməmiş namizədlərin qəbulu məsələləri ilə bağlı qərarlar qəbul olunub, həmin namizədlərin andiçməsi keçirilib. Beləliklə, Kollegiyanın üzvlərinin sayı 10 nəfərdən çox artıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?