Modern.az

Arzu Əliyeva təqdimatda – Fotolar

Arzu Əliyeva təqdimatda – Fotolar

Aktual

23 Dekabr 2017, 22:09

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın dəstəyi ilə pianoçu Səidə Tağızadə və Əməkdar Rəssam Rəşad Mehdiyevin birgə ideyası olan “Musiqinin rəngləri” adlı unikal layihənin təqdimatı keçirilib. Modern.az xəbər verir ki, layihə çərçivəsində rəssam Rəşad Mehdiyevin tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin bəstələdiyi bir neçə kompozisiyaya həsr etdiyi rəsm əsərləri nümayiş olunub.

 

Təqdimat mərasimində çıxış edən Bakı Media Mərkəzinin direktoru Orman Əliyev bu layihəni rəngkarlıq və musiqinin vəhdəti adlandırıb.

 

Bəstəkar Firəngiz Əlizadə, rəssam Rəşad Mehdiyev və pianoçu Səidə Tağızadə isə qonaqlara layihəyə göstərdikləri marağa görə təşəkkürlərini bildiriblər.

 

Daha sonra Bakı Media Mərkəzinin atriumunda Rəşad Mehdiyevin əsərlərinin təqdimatı olub. Hər bir əsərin həsr olunduğu musiqi kompozisiyası pianoçu Səidə Tağızadə, fleytaçı Əminə Zülfüqarova və Ceyla Seyidova (skripka), Soltan Məmmədov (skripka), əməkdar artistlər Vaxtanq İmanov (alt) və Aleksey Miltixdən (violonçel) ibarət Azərbaycan Dövlət Kvarteti tərəfindən ifa edilib. Rəsm əsərlərinin və bütövlükdə Bakı Media Mərkəzinin atriumunun xüsusi işıq effektləri ilə işıqlandırılması musiqi və rəsm dünyalarının harmoniyası atmosferini daha da gücləndirib.

 

Bakı Media Mərkəzi incəsənət sahəsində xüsusi iz buraxan belə layihələrin davamlı olacağına ümidvardır və gələcəkdə də maraqlı yaradıcı təşəbbüslərə dəstək verməyə hazırdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir