Modern.az

Ayaz Mütəllibov Elçibəyin ailə üzvləri ilə görüşmək istəyir

Ayaz Mütəllibov Elçibəyin ailə üzvləri ilə görüşmək istəyir

Mədəniyyət

24 Dekabr 2017, 10:42

Keçmiş dövlət başçıları hər hansı vəzifəni icra etməsə də, onların hər bir addımı diqqət mərkəzində olur.

 

Modern. az saytı bu dəfə eks-prezidentlərin ailələrinin bir araya gəlməsini öyrənmək istəyib.

 

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovla mərhum eks prezident Əbülfəz Elçibəyin ailəsi bir araya gəlibmi?!

 

Eks prezident Ayaz Mütəllibov deyib ki, bu cür sualları çox ünvanlayırlar.

“Belə suallar çox verirlər. Niyə eks-prezidentlərin ailəsi olaraq görüşmürsüz? Düzü, bu məsələrdə heç bir tərəf addım atmayıb. Kimsə tərəfindən təşəbbüs də göstərilməyib. Eks-prezidentlərin qurumu adlı bir təşkilat mövcuddur. Əslində, bu qurumun əhəmiyyəti çox yaxşıdır. Eks-prezidentlər bir araya gəlir, fikir mübadiləsi aparırlar. Amma ailə görüşləri olmur. Mən bu görüşlərdə iştirak etməmişəm. Amma ailə üzvləri ilə görüşmək istəyərəm”.

Eks-prezident 2018-ci ili Azərbaycanda qarşılayacağını dilə gətirib.

“Neçə illərdir ki, yeni ili Azərbaycanda qarşılayıram. Bu dəfə də belə olacaq. Ailəmlə bir yerə toplaşacağıq. Yeni ili Azərbaycanda qarşılayacam”. 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi