Türkiyə ABŞ vətəndaşlarına viza verilməsini bərpa edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Vaşinqtonun addımına analoji cavab olaraq ABŞ ərazisində vizaların verilməsinə qoyulan məhdudiyyəti ləğv etməyi qərara alıb.
Türkiyənin Vaşinqtondakı səfirliyinin bəyanatında bildirilir ki, rəsmi Ankara tərəfindən ABŞ vətəndaşları üçün viza rejiminə tətbiq edilən məhdudiyyətlər qarşılıqlı prinsip çərçivəsində aradan qaldırılıb.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın Ankaradakı səfirliyi Dövlət Departamentinin Türkiyə ərazisində qeyri-immiqrasiya vizalarının verilməsinə qoyulan məhdudiyyətləri ləğv etdiyinə dair bəyanat yayıb.
Bununla da iki ölkə arasında oktyabr ayından başlayan viza böhranı tam həllini tapıb.