Modern.az

İranda etiraz aksiyaları üç gündür davam edir

İranda etiraz aksiyaları üç gündür davam edir

Dünya

31 Dekabr 2017, 10:55

İranda artıq üçüncü gündür etiraz aksiyaları davam edir.

 

Modern.az-ın "Report"-a istinadən xəbər verir ki, aksiyalar əvvəlcə qiymət artımına qarşı başlasa da, tezliklə dövlət hakimiyyətinə qarşı tammiqyaslı mitinqlərə çevrilib.

 

Birinci nümayiş dekabrın 28-də Məşhəd şəhərində keçirilib. Ardınca aksiya Tehran, İsfahan, Yəzd və ölkənin digər iri şəhərlərini əhatə edib. Ardıcıl çıxışlar polis ilə toqquşmalara gətirib çıxarıb ki, nəticədə onlarla insan saxlanılıb.

 

KİV-in məlumatına görə, iki nümayişçi güllələnib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat