Modern.az

Dünyanın ən bahalı araq butulkası oğurlanıb

Dünyanın ən bahalı araq butulkası oğurlanıb

3 Yanvar 2018, 23:50

Dünyanın ən bahalı araq butulkası oğurlanıb. Modern.az xəbər verir ki, barədə Danimarkanın TV-2 televiziyası məlumat yayıb.

Məlumata görə, Kopenhagendə “Kafe 33” barından oğurlanan araq butulkasının dəyəri 1,3 milyon dollardır. Oğurlanan butulkanın “Russo-Balt” arağı olduğu bildirilir. Qızıl və gümüşdən hazırlanan araq butulkası həm də dünyanın ən bahalı arağı sayılır.

Hazırda Danimarka polisi oğurluqla bağlı axtarışa başlayıb. Barın sahibi də sosial şəbəkələr vasitəsi ilə insanlara müraciət edərək yardım istəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır