Modern.az

Parlament gülməcələri...

Parlament gülməcələri...

23 Noyabr 2009, 11:44

Milli Məclisdə müzakirələr həmişə sakit axarla keçmir. Bəzən hansısa məsələyə həsr olunan iclaslar gərginliklə yadda qalır, deputatlar arasında mübahisələr yaşanır, emosional çıxışlar səslənir. Eyni zamanda parlamentin iclaslarında həm də məzəli hadisələr, duzlu söhbətlər, gülməli çıxışlar da olur. Belə hallara təbii ki,  parlamentdə akreditə olunmuş jurnalistlər də şahidlik edirlər. Amma bir çox hallarda Milli Məclisdə yaşanan duzlu, məzəli, gülməli olaylar, diqqətdən kənarda qalır, yaddan çıxır. Modern.az “Parlament gülməcələri” adlı yeni rubrikaya başlayır. Məqsədimiz Milli Məclisdə indiyədək yaşanan və bundan sonra baş verəcək məzəli, zarafat dolu olayları oxucuların da diqqətinə çatdırmaqdır. Həm də bu maraqlı hadisələri millət vəkillərinin özlərinin iştirakı ilə təqdim etməyə çalışacağıq.   Deputat Fəzail Ağamalı: - Son vaxtlar mənim üçün ən yadda qalan hadisə deputat Miri Qənbərovun parlamentdəki axırıncı çıxışı olub.

Deməli ağsaqqal millət vəkili 2010-cu ilin büdcə müzakirələrindəki çıxışı zamanı hazır materialdan istifadə edirdi. Hazır mətnin ortasında dünyanı bürüyən iqtisadi böhran və onun Azərbaycana təsiri barədə qeydlər də vardı. Deputat çıxış edərkən həmin yerə çatanda “böhran, nə böhran, ə bu nədi, əə bu lazım deyil” deyib öz çıxışına etiraz bildirdi.

  Deputat

Əkrəm Əylisli: 

- Milli Məclisdə baş verən ən gülməli əhvalat yəqin ki, mənim Mübariz Qurbanlıya bağışladığım kitaba yazdığım bu iki üzdəniraq misradir: Bir partada oturaraq Milli Məclis uşkolunda,

Çalışaraq, vuruşaraq can qoyduq Vətən yolunda.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi