Modern.az

Abituriyentllər Qafqaz Universitetini tərk ediblər

Abituriyentllər Qafqaz Universitetini tərk ediblər

7 İyul 2011, 12:13

“Araz” kursunda yüksək nəticə göstərən 71 nəfər abituriyent biliklərini təkmilləşdirmək məqsədilə Qafqaz Universitetində 15 günlük kurslara cəlb olunub. Modern.az-a daxil olan məlumata görə, abitruyentlər kursun səmərəli təşkil olunmamasından və dərslərin yaxşı keçirilməməsindən şikayətçidirlər. Hətta bu səbəbə görə, bəzi abitruyentlərin kursu tərk etdiyi bildirilir.

Məsələni öyrənmək üçün Modern.az Qafqaz Universiteti ilə əlaqə saxlayıb.

Universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev deyilənlərin həqiqət olmadığını bildirərək kursda iştirak edən abitruyentlər üçün hər bir şəraitin yaradıldığını və kursa universitetin ən yaxşı müəllimlərinin cəlb olunduğunu bildirib.
“Bizim bu kursu təşkil etməkdə məqsədimiz Qafqaz Universitetinin özəlliklərini gələcəyin tələbələrinə göstərməkdir. İstəyirik ki, kursun iştirakşıları bizim universitetin şəraiti ilə yaxından tanış olsun və gələcəkdə ali təhsil almaq üçün bizim universiteti seçsinlər. Onlar üçün ən yaxşı müəllimlər seçilib, hər bir şərait yaradılıb. Kursun yaxşı təşkil olunmadığını deyənlər nankordur, çünki bu Qafqaz Universiteti tərəfindən tam təmənnasız, abituryentlərin yüksək biliyə yiyələnmələri üçün təşkil olunmuş addımdır”.

Kursu tərk edən abitruyentlərin olub-olmamasına gəlincə R.Rzayev bildirdi ki, müxtəlif səbəblərə görə, 3-4 abituriyent kursdan uzaqlaşıb.
“Kursu tərk edənlər var. Onlarda valideynləri tətilə çıxdıqları üçün kursa gəlməkdən imtina ediblər. Ancaq bir nəfər qayıdaraq kursda iştirak etmək istəyini bildirib, o yenidən kursa bərpa edilib”-deyə universitet sözçüsü əlavə edib.

Qeyd edək ki, təşkil olunan kurs ayın 3-dən start götürüb və 15 gün davam etməsi gözlənilir.

Sədaqət SÜLEYMANOVA  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir