Modern.az

Səudiyyə Ərəbistanı İsraildən "Dəmir gümbəz" alır

Səudiyyə Ərəbistanı İsraildən "Dəmir gümbəz" alır

8 Yanvar 2018, 18:33

Səudiyyə Ərəbistanı İsraildən "Dəmir gümbəz" raket əleyhinə müdafiə sistemi alması barədə danışıqlara başlayıb.

İsveçrədə dərc olunan “Basler Zeitung” qəzeti yazır ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında qeyri-rəsmi əlaqələr qurulur.

 

Məlumata görə, Krallıq Yəməndə husi qiyamçılarının atdığı raketlərdən müdafiə məqsədilə "Dəmir gümbəz" raket əleyhinə müdafiə sistemini almaq istəyir.

Qəzet Ər-Riyadla Təl-Əviv arasında qeyri-rəsmi hərbi sahədə əməkdaşlıq edildiyini yazıb.

Bundan əlavə, Səudiyyə Ərəbistanı İsraildən silah-sursat və tank da almaq niyyətindədir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər