Modern.az

Bakıda günün ikinci intiharı: Gənc oğlan özünü metro vaqonunun altına atdı - Yenilənib

Bakıda günün ikinci intiharı: Gənc oğlan özünü metro vaqonunun altına atdı - Yenilənib

8 Yanvar 2018, 23:29

Bakıda özünü qatarın altına ataraq intihar edənin kimliyi müəyyənləşdirilib. Modern.az-ın məlumatına görə, "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Nəsimi Paşayev bildirib ki,  bu, 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur.

 

23:13

 

 

Bakı metrosunda intihar hadisəsi baş verib. Modern.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin APA-ya verdiyi məlumata görə, hadisə 22:10 radələrində  "Ulduz" metro stansiyasında qeydə alınıb.

 

Belə ki, 20-25 yaşlarında kişi özünü "H.Aslanov" metrostansiyasından "İçəri Şəhər"ə gedən, 11 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. N.Paşayev bildirib ki, həmin istiqamətdə qatarların hərəkətində 20 dəqiqəlıik  fasilə yaranıb.

 

Ölən şəxsin meyiti hazırda relslərin üzərindən çıxarılıb və qatarların hərəkəti bərpa olub. N.Paşayev bildirib ki, kişinin üzərində şəxsiyyətini  təsdiq edən sənəd olmayıb. Hazırda intihar edənin şəxsiyyəti müəyyənləşdirilir.

 

Hadisə yerinə polis və prokuorluq əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?