Modern.az

 AŞ PA-nın qış sessiyasında azərbaycanlı deputatlar məruzə edəcək, Sarkisyan danışacaq

 AŞ PA-nın qış sessiyasında azərbaycanlı deputatlar məruzə edəcək, Sarkisyan danışacaq

9 Yanvar 2018, 09:19

Avropa Şurası Parlament Asammbleyasının (AŞPA) 22-26 yanvar tarixdə keçiriləcək qış sessiyasında qurumun yeni Prezidenti, Avropanın insan hüquqları üzrə yeni müvəkkili və Avropa İnsan Hüquqları Məhkəməsinin İspaniyadan olan hakimi seçiləcək.

Bu barədə Modern.az-a Azərbaycanın Avropa Şurası Parlament Asammbleyasında nümayəndə heyətinin üzvü Vüsal Hüseynov məlumat verib.

Deputat bildirib ki, sessiya ərzində Danimarka Şahzadəsinin, baş nazirinin və Ermənistan prezidentinin çıxışları nəzərdə tutulur.

Sessiyada Vüsal Hüseynovla deputat Sevinc Fətəliyevanın da hazırladığı məruzə hesabatı təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasına yeni tərkibdə yollanır.

Nümayəndə heyətinə Səməd Seyidov, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Asim Mollazadə, Rəfael Hüseynov, Rövşən Rzayev, Ülviyyə Ağayeva , Elşad Həsənov, Vüsal Hüseynov daxildir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?