 
                                Azərbaycanda rəsmi qeydiyyatda olan avtomobillərin sayı 1 milyon 352 minə çatıb.
Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
 O bildirib ki, rəsmi qeydiyyatda olan avtomobillərin 1 milyon 300 mini minik avtomobilləridir.
 Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda avtomobil parkı 1.347.812 ədəd təşkil edib.