Modern.az

Dünyanın ən çox var-dövlət qazanan şirkətlərinin SİYAHISI açıqlanıb

Dünyanın ən çox var-dövlət qazanan şirkətlərinin SİYAHISI açıqlanıb

İqtisadiyyat

8 İyul 2011, 18:20

Modern.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, siyahını “Fortuna” jurnalı ilin ən çox gəlir qazanan şirkətlərin siyahısını açıqlayıb. Siyahıya görə, dünyanın ən çox gəlir əldə edən şirkəti Amerikanın “Val-Mart” korporasiyasıdır - 421 milyard 849 milyon dollar.

Sonrakı yerdə iki neft şirkəti gəlir. Bunlar Hollandiyanın “Royal Dutç Şell” (378 milyard 152 milyon dollar), ABŞ-ın “Ekson Mobil” (354 milyad 674 milyon dollar) şirkətləridir.

İngiltərənin neft şirkəti “BP” isə 308 milyard 928 milyon dollar gəlirlə dördünçü sırada yer alıb.

Keçən il siyahıda 5-ci sırada qərarlaşan Yaponiyanın avtomobil şirkəti “Toyota” bu il 8-ci sırada qərarlaşıb. Yaponiyanın digər bir şirkəti olan “Yapon Post Holding” isə 6-cı sıradan 9-cu sıraya düşüb. Siyahının ilk onluğunda 3 Çin şirkəti yer alıb. Bunlar, 6-cı yerdə qərarlaşan “Sinopeç Group”, 7-ci yerdə olan “Çina National Petroleum” və 8-ci yerdəki “State Grid” şirkətidir.  

Dünyanın ən böyük 500 şirkətinin siyahısına 133 ABŞ, 68 yapon, 61 Çin, 35 Fransa, 34 Almaniya və 8 Hindistan şirkəti daxil olub.

Siyahıda qonşu Türkiyənin “Koç Holding” şirkəti 35 milyard 713 milyon dollar gəlirlə 247-ci sırada qərarlaşıb.  

İlk onluğa düşən şirkətlər isə bunlardır.

“VAL-Mart” (ABŞ) 421milyard 849 milyon  dollar
“Royal Dutç Şell” (Hollandiya) 378 milyard 152 milyon  dollar
“Ekson Mobil” (ABŞ) 354 milyard 674 milyon dollar
BP (İngiltərə) 308 milyard 928 milyon dollar
“Sinopec” (Çin) 273 milyard 422 milyon dollar
“Çina Natianal Petroleum” (Çin) 240 milyard 192 milyon dollar 
“State Grid” (Çin) 226 milyard 294 milyon dollar 
“Toyota Motor” (Yaponiya) 221 milyard 760 milyon dollar
“Yapon Post Holding” (Yaponiya) 203 milyard 958 milyon dollar  
“Çevron (ABŞ) 196 milyard 337 milyon dollar

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir