Arxiv
13 Yanvar 2018, 09:58 | REPORTAJ
Talış yüksəkliyində şəhid oldu, atası da bu dərdə dözmədi - Gizir Bəxtiyar Hüseynov FOTOLARDA  

...Bəxtiyar  bazar günü işdən vaxt edib Goranboydakı evlərinə- Qızılhacılı kəndinə gəlmişdi. Anası Afaq onun sevdiyi yeməkləri bişirib süfrəni bəzəmişdi. Biş-düşünü bitirəndən sonra Bəxtiyarın özü ilə gətirdiyi paltarları yuyub, həyətdəki zivədən asdı. Hər dəfə oğlunun hərbi paltarlarını yuyanda bax beləcə burnuna tutub qoxulayar, sonra da  ürəyində öz-özünə pıçıldayardı: “Ay Allah sənə çox şükür, ölmədim bunu da gördüm, oğlumu nə tez böyütdün, nə tez çörək sahibi etdin. İndi balam, evə arxa-dayaq durur..”.

Heyf ki, tez gəldiyi kimi, tez də gedərdi Bəxtiyar Hüseynov. Heç doymazdı balasından Afaq. Darvazadan Bəxtiyarı yola salanda da, qarşılayanda da onun boyun-boğazına sarılar, ətrini ciyərlərinə çəkərdi. Heç balasının ətrindən doymazdı. Beləcə, balasını iyləyəndən sonra, elə bil ki, canına qüvvət, dizlərinə təqət gələrdi Afaqın...


İndi mənimlə söhbətində həmin  ətirli günlərindən, ətirli güllərindən danışdıqca, gözlərini qoşa bulağa döndərmişdi Afaq xanım.

Modern.az saytının “Aprel şəhidləri” ilə bağlı budəfəki yazısında Bəxtiyar Hüseynovhəyat hekayəsindən bəhs olunur.

Şəhid anası Afaq Hüseynova:

“Bəxtiyardan sonra dərd üstünə dərd gəldi. Kiçik oğlum Etibar meydanda tək qaldı. Atası Rəfael Bəxtiyarın şəhidliyindən sonra evdə otura bilmirdi. Harada axtarırdınsa, gedib kəndin qəbristanlığında tapırdın. Kənd qəbristanlığında Bəxtiyardan başqa da Qarabağ müharibəsi şəhidləri dəfn olunub. Oğlumun məzarı yerləşən yerdən tutmuş xeyli bir hissəni öz əlləri, öz zəhməti, öz pulu ilə abadlaşdırmışdı. Biri 60 manatdan çoxlu ağac alıb əkdi. Ağaclar da tutmadı.  
Bir mərmər lövhənin üzərinə “Şəhidlər ölməz, Vətən bölünməz” sözləri yazdırıb divara vurdurdu.Bununla ürəyini soyudurdu. Evə gələndə də sözü-söhbəti ancaq Bəxtiyarın təzə mənzilindən- məzarından olurdu. Bəy otağı kimi bəzək vururdu məzara. Elə bil ki, bununla dərdini, ağrılarını soyudurdu. Deyirdi ki, toy eləmədim, əziyyətini çəkmədim, heç olmasa qəbrinin keşiyini çəkim.
2017-ci il aprel ayının 6-da oğlum Etibar qəbristanlığa atasının arxasınca gedərkən görürür ki, Rəfael çömbəlib oturub, yaxınlaşanda baxıb ki, bir tərəfi heç nəyi hiss etmir. Elə bil ki, daşlaşıb. Qəbristanlıqdakı kənd camaatı ilə birlikdə köməkləşib evə gətirdilər. Həkimlər dedi ki, beyninə qan sızıb. Apardılar Bakıya... Özü deyirdi ki, mənə dəyməyin, imkan verin ölüm.  Heç Bəxtiyarın il mərasimini keçirəndə də evdə olmadı. Aprelin 18-də isə evimizin böyüyünü itirdik. Atası Bəxtiyarsızlığa dözmədi, 54 yaşını tamam etməmiş getdi sevimli oğlunun yanına.



Əziziyəm bala gəl,
Çəkirəm ah nalə, gəl.
Atan can üstündədi,
Qoyma həsrət qala, gəl.

Demişdi ki, məni elə yerdə basıdırın ki, qəbrimdən baxanda da oğlumu görüm... Beləcə tifağımız dağıldı ... 
İndi daha özümə hər şeyi haram etmişəm, bu evdə Bəxtiyarın sevdiyi yeməklərdən bişmir... Bəxtiyar kabab xoşlayardı, kətə xoşlayardı... Bütün sevinclərim, səadətim onunla getdi... Bəxtiyar ömrümün bəzəyi idi...

Bir sən idin ömrüm bəzəyi,
Dərdimə dərman dağ çiçəyi.
İndi nədən qəlbi didən xatirəsən sən...
Bu halımı əhvalımı bir biləsən sən...

Əhvalımdan xəbər tutur yuxularımda. Evdə bir narahatlıq olan kimi, ona əyan olur. Yuxularıma gəlir. Bu yaxınlarda gördüm ki, qəbrinin altından su axır. Getdim kənddəki Mollabacının yanına, istədim ki, bu yuxunu çözsün  mənə. Mollabacı dedi ki, çox ağlayırsan, ona görə də yatdığı yerdə narahatdır Bəxtiyar... 
Ağlamaya bilmirəm, neyləyim? O yaraşıqda, o fərasətdə, o tərbiyədə oğul itirmişəm... Keçən dəfə həkimə gedib dedim ki,mənə elə bir dərman yaz ki, oğlum haqqında danışanda ağlamayım. Həkim də dedi ki, “ana, onda gərək sənin ürəyini dəyişək...”.


- Bildiyim qədəri, Bəxtiyar da şəhidlərimizin bir neçəsi kimi istəkli, nişanlı idi...


- Aprelin 1-i kiçik qardaşı əsgərliyini bitirib gəldi. Bəxtiyar da məzuniyyətini aprel ayına saxlamışdı ki, qardaşı ilə birlikdə dincələ bilsinlər. Yazın əvvəlində qohumların bir xeyir işinə getmişdim. Orada gənc bir qız gördüm. Xoşuma gəldi.  İstəyirdim ki, Bəxtiyarı tez evləndirəm. Dedim ki, oğul, ailəmizə uyğun olan bir qız seçmişəm. Dedi ki, “indi ki, istəyirsən, evlənərəm”.Seçdiyim qızı özü də bəyəndi. Bibisi uşaq vaxtında Bəxtiyar üçün bir üzük almışdı. Elə özümüz gedib qıza həmin üzüyü hədiyyəverdik, Bəxtiyara ad elədik. Belə qərara gəldik ki, Bəxtiyar məzuniyyətə gələndə, təmtərqalı nişan edərik... Amm sən saydığını say... gör fələk nə sayacaq...

Bəxtiyarı 1995-ci il iyunun 14-də yaşadığımız Goranboy rayonunda dünyaya gətirdim.Məktəbi də yaxşı oxuyurdu. Fikirləşirdim ki, Bəxtiyar ya coğrafiya, ya da tarix müəllimi olar. Tarixi və ya coğrafiyanı bitirib, yaxınlığımızdakı Naftalanda  turizm şirkətlərinin birində işləyər.7-8-ci sinifdə oxuyanda televiziyada kəşfiyyatçılar, qara maskalı hərbçilər haqqında bir veriliş gördü. Həmin gündən etibarən dedi ki, məktəbi bitirəndən sonra hərbçi olacaq. Əvvəl fikirləşdim ki, uşaqdır da, dediyi bu sözü unudar. Ancaq böyüdükcə, bu arzusunun qanadlarında uçduğunu bildim. Mənim atam Rəsul kişi yaşlı olsa da, Qarabağ davası başlayandan sona qədər döyüşlərdə olub. Ona köhnə silahdaşlarının hamısı “Mayor” deyə müraciət edirdilər. Kişi adətən müharibədə gördüyü o ağır qanlı-qadalı xatirələrini dilə gətirməzdi. Lakin Bəxtiyar tez-tez babasından həmin  döyüşlər haqqında soruşar, elə bul ki, özü üçün ayrıca tarix yaradırdı.
Sonra əsgər yola saldıq. Andiçmə mərasiminə gedəndə bu uşağı çox sevincli gördüm. Səbəbini soruşanda dedi ki, “ana, buraya o maskalı  hərbçilər gəlib, onlarla tanış oldum. Onlarla dost olmalıyam ki, məni də öz sıralarına yazsınlar”. Narahat oldum, amma fikrindən yayındıra bilmədik.

6 ayı tamam olanda isə bibisi ilə getdim yanına. Gördüm ki, yaman bikefdir. Səbəbini soruşdum, yenə dedi ki, “atama deyin ki, kimə sözü keçirsə, məni Xüsusi Təyinatlıların Qərargahına yazdırsın. Yoxsa ki, oraya düşməsəm, özümü öldürəcəyəm. Evə qayıdan deyiləm...”.

Bəxtiyarın görüşündən kor-peşiman halda evə gəlib, atasına onun sözlərini çatdırdıq. Kişi də dedi ki, oraya adamı sözlə deyil, əməli, işi ilə qəbul edirlər. Günlərin bir günü isə bizə zəng etdi. Telefonda səsi elə gümrah, elə sevincli idi ki. Sevincək dedi ki, “ana məni təbrik edə bilərsiniz, artıq Xüsusi Təyinatlıların kursuna qəbul  olunmuşam”. İçərimdə elə bil nəsə qırıldı. Ancaq dildə təbrik etdim onu. Dedim ki, haraya təyin olunsan, yaşayış yerin harada olsa, bizə xəbər elə ki, nigaran qalmayaq. Tanrı istədiyi arzularına elə tez çatdırdı ki balamı... əvvəlini verdi, sonrasını aldı əlindən.


Bəxtiyar əsgər getdiyi bir gündən ağlayardım, darıxardım onun üçün. Elə bil içimdə bir həsrət var idi. Deyirdim ki, mən səndən ayrı qala bilmərəm.  Könlümü alıb deyirdi ki, “ana, məndən nigaran olma, işin çətini yaxşıdır, bu məktəb də əsl kişilik məktəbidir”. Kursu bitirəndən sonra evə gəldi. Qohum-qonşular da gəlib başımıza yığılıb, gözaydınlığı verdilər. Bəxtiyar qonaqlı-qaralı, şənlikli evi çox sevirdi. Məktəbi bitirəndə, əsgər gedəndə, ad günü olanda bu evdə bir dəsgah qurduki...  Sanki bilirmiş ki, ömrü belə qısa olacaq... Onun haqqında nə qədər danışsam, xatirələrim bitməz...
Əsgərliyinin 1 ili tamamolanda artıq Bəxtiyarı gizir-kəşfiyyatçı seçmişdilər. Atası Rəfael fəxr edirdi, yaman güvənirdi ona. Oğlumuz şəhid olanda özünü sındırmadı, el içində özünü şax göstərdi, hətta adamların içərisində kiçik oğlum Etibara və Bəxtiyarın yasına gələn dostlarına ürək-dirək verdi. Rəfael mərd kişi idi...



“Oğlum haqqında nə qədər danışsam, yorulmaram” deyib, gözlərinin yaşını silir Afaq xanaım.


“İşini, peşəsini çox sevirdi. Deyirdi ki, “ana, mən sadə gizir olmayacağam. Ali məktəbə qəbul olunub, hərbi sistemdə vəzifə qazanacağam”.
Deyirdim “ay bala, işin çətindir axı”. Deyirdi ki, “ana, işin çətini yaxşıdır da”. Gənc olsa da, bir çox yaşıdlarından fərqli olaraq 22 yaşlı balam evin-ailənin qayğısına qalan, dərdimizi çəkən uşaq idi. Elə istəyirdi ki, evdə bir çatışmazlığımız olmasın. Çalışırdı ki, hamıdan baş olaq, yaxşı yaşayaq. Hətta Bakıda özünə ipoteka ilə ev götürmüşdü... Mən istədim ki, evi saxlayaq onun adına, atası dedi ki, balamın özü olmayandan sonra, boş qalmış ev nəyimə lazımdır... Evi satıb, məzarının böyür-başını düzəltdirdi.
Bəxtiyar aylıq maaşını mənə gətirirdi, hər dəfə qonşuluqda bir kasıb ailə var, maaşın üstündən götürüb o ailəyə verirdim ki, oğlum üçün dua etsinlər, Vətən qoruyur, düşmənlə üz-üzədir. Fikirləşirdim ki, yoxsul adamların duasını Allah tez eşidir. O duaların savabına oğlumu da qəzadan-bəladan qoruyar. Hər gün neçə dəfə əllərimi Tanrıya açıb dua edirdim ki, balamı tufandan-qasırğadan qorusun. Sən demə tufan-qasırğa elə qapımızı güdürmüş...

Bir gün yuxumda gördüm ki, qaynanam gəlib, baldızımın əlindən tutub aparır. Mən də onları evdən çıxardıram, səs-küy salıram ki, çıxın gedin. Qaynanam baldızımın əlindən tutub dayanır darvazanın ağzında. Bir də baxıram ki, darvazanın o biri üzündə bütün kənd camaatı yığılıb. Rəfael də onların arasındadır. Gedib-gəlir, ancaq həyətə girmir. Bəxtiyarı da həmin adamların içərisində axtarıram. Bəxtiyarın özünügörməyəndə, kiçik oğlum Etibarı çağırıb, bağrıma basıram. Qoymuram darvazaya tərəf getsin...
Bu gördüyüm yuxunu qonşuma danışıb demişdim ki, mənim yuxularım məni aldatmır. Ailəmizi nəsə pis xəbərlər gözləyir...”.

Və həmin aprel günü, Azərbaycan Ordusunun əsgərləri erməniləri geri oturdan günlərdə, Hüseynovlar ailəsində də təlaş və təlatümlər başlamışdı.


Oğlu haqqında danışmaqdan doymayan dərdli ana söhbətinə davam edir:

-Bəxtiyar hər gün mənə zəng edərdi. Atası da deyirdi ki, uşaqla az danış, işdən gəlib, qoy rahatlansın, istirahət etsin. Həmin hadisələr baş verəndə isə nə qədər zəng vurdumsa, telefonuna zəng çatmadı. Günlər keçdikcə, narahatlıq hamımıza siyarət etdi. Mən elə hey ağlayıb qohum-əqrabaya deyirdim ki, balamdan mənə bir xəbər gətirin.
Aprelin 6-da televizora baxırdım. Yenə dedilər ki, şəhidlərimiz var. Ağlamağa başladım, həm oğluma görə ürəyim qubar etmişdi, həm də şəhidlərin anasına yazığım gəldiyi üçün ağladım. Fikirləşdim ki, bunların anası necə dözəcək belə ayrılığa? “Space” televiziyasındakı “Xəbərlər” proqramını aparan bir oğlan elan etdi ki, neytral ərazidə qalan əsgərlərimiz var. Özümdən asılı olmayaraq, qışqırıb dedim ki, Bəxtiyar da yəqin ki, olanların arasındadır.

Bəxtiyarın dostlarına da zəng edirdik, heç biri doğru-düzgün bir söz demirdi.Qohumlar gəlib məni sakitləşdirdilər, hətta bir nəfər hərbçi tanışımız dedi ki, sabah özü gedib, Bəxtiyarı evə gətirəcək. İnandırdı hamımızı. Başladım, sabaha hazırlıq görməyə ki, oğlumu qarşılayım...
El-oba da məni tək qoymurdu, hərə gəlib bir söz deyir, təsəlli verib gedirdi. Hətta kəndimizdə hərbçi bir oğlanın neytral ərazidən çıxıb gəldiyi deyiləndən sonra, Bəxtiyarın qayıdacağına inamım daha da artdı.Bir hərbçi isə dedi ki, özü Bəxtiyarı görüb, bir-iki günə əməliyyat bitəndən sonra qayıdıb gəlməlidir. İnanıb, sevindim...

Aprelin 9-u  mətbəxdə qab-qacaq yuyurdum. Darvazanın ağzında nəsə get-gəl var idi. Heç nə anlamadım. Elə bu vaxt Rəfael gəlib mənə nəsə dedi. Elə bildim ki, deyir ki, çay hazırla... Birdən elə bil ki, dediyi söz mənə çatdı. Həyətə baxanda gördüm ki, kənd adamları ilə doludur... Dedilər ki, Bəxtiyarı gətirirlər...
Və həyətimdə Bəxtiyarın müsibəti qopdu... Özümə gələndə  oğlumun tabutunu gördüm... Nişanladığımız qız da gəlmişdi... başdan-ayağa qara geyinmişdi... Mən o qızı bu həyətə ağ gəlinlik libasında gətircəkdim, “Vağzalı” ilə toy çaldıracaqdım...Balam üçün bu həyətdə çalınacaq “Vağzalı” əvəzinə şaxsey-vaxsey səsləndi.

Aşiqəm ellər ayrısı,
Bülbül güllər ayrısı.
Bir gününə dözməzdim, ay oğul,
Oldum illər ayrısı.

 

Eləmi əsdi fələk,
Səbrimi kəsdi fələk,
Girdi güllü bağçama,
Şümalım kəsdi fələk...



Mənim balam hər şeyin gözəlini sevirdi. Gözəl dostları var idi... Onu gözəl dəfn etdilər. Onu bayrağımız kimi göylərə ucaltdılatr...Ancaq bu həyətdən təkcə bir Bəxtiyar getmədi... Bəxtiyardan iki ay sonra baldızım, baldızımdan sonra isə uşaqların atası Rəfael tərk etdi bizi... Gördüyüm yuxu çin oldu. Bir ona yanıram ki,  kaş öləndə yanında olaydım, barı son arzusunu həyata keçirəydim, barı görəydim, axırıncı sözü nə oldu, yarasından öpəydim, başın tumarlayaydım...
Görəsən balamın xəbəri oldumu ki, bizi necə ağlar qoydu... Müharibə çıxaranın, silah alveri edənin evi yıxılsın... Nə qədər günahsız canlara qıydılar, nə qədər evi mənimki kimi istisiz, işıqsız, böyüksüz qoydular...Yaraşıqlı Bəxtiyarım, boylu-buxunlu Bəxtiyarım...

Afaq ana ilə söhbətimizi bitirib, bu ailəni tərk edəndə, məni yolayrıcına qədər yola saldı. Yola çıxdığımız küçəyə ölümündən sonra şəhid Bəxtiuyar Hüseynovun adının verildiyini bildim. Onu da bildim ki, Bəxtiyar yaşı az olsa da, dostları-yoldaşları arasında çox bacarıqlı bir kəşfiyyatçı etimadını qazanıbmış. Son anına qədər bütün əsgərlərimiz kimi cəsarətlə, mərdanə vuruşub. Dəfələrlə dostlarını mühasirədən qurtarıb. Bizim əsgələrin heç biri döyüş meydanından qaçmayıb. Sadəcə hansı yollasa, aprelin 4-ü səhər tezdən polkovniklər Raquf Orucov və Vüqar Yusifovun da  döyüşdüyü bölüyün koordinatını müəyyən edən ermənilər, onların dayandığı yerə top mərmiləri atıblar. Talış yüksəkliyində  mərmi  partylaması nəticəsində həlak olanlardan biri də  22 yaşlı Bəxtiyar Rəfael oğlu Hüseynov olub...

 

Aida Eyvazlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ömürlük məhbuslara görə Prezidentə müraciət edildi 20 May 2019, 14:40 Sahibkarlıq subyektləri niyə bağlanır? - Deputat fakt açıqladı, iqtisadçı şərh etdi 20 May 2019, 14:34 Havar Məmmədov Gürcüstana getdi – azərbaycanl təlbələrlə görüşdü 20 May 2019, 14:32 Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq 20 May 2019, 14:25 Bakıda gülməli küçə adları: Sallaqxana, Kərpic, Zavod, Pioner,  Komsomol… 20 May 2019, 14:21 Koordinasiya Şurası İtaliyada “Azərbaycan Evi” yaradacaq 20 May 2019, 14:09 Nazirlik: “Sosial proqramların uğuru bəzi dairələrdə dərin narahatlıq yaradıb” 20 May 2019, 13:45 Kamal Abdulla Hindistan səfiri ilə görüşdü   20 May 2019, 13:40  “Nar” gənclərə iş imkanları təklif edir 20 May 2019, 13:39 “AzerGold” QSC Finlandiya təcrübəsini nəzərdən keçirir 20 May 2019, 13:37 Sabah yağış yağacaq - PROQNOZ 20 May 2019, 13:36 Arvadı və qızını bıçaqlayan şəxs tutuldu 20 May 2019, 13:27 Nazir: “AvroLiqanın finalı ilə bağlı mədəniyyət müəssisələri turistləri qarşılamağa hazırdır” 20 May 2019, 13:27 Kürdəmirdə DƏHŞƏT: Ata 2 yaşlı qızını öldürdü 20 May 2019, 13:24 Arif Məlikovun heykəli üçün Komissiya yaradılacaq 20 May 2019, 13:24 Mehriban Əliyeva Azərbaycan xalqına xoş arzularını çatdırıb 20 May 2019, 13:21 Paşinyan xəyanət İZİNDƏ: “Onlar Qarabağı satmağa hazırdır” 20 May 2019, 13:17 “Seçicilərimdən başqa, kiminsə qarşısında öhdəliyim yoxdur” - MÜSAHİBƏ 20 May 2019, 13:11 XİN Misirdə saxlanılan azərbaycanlı HAQDA 20 May 2019, 13:10 Xınalıqdakı muzey bələdçisinin möhtəşəm ifası - VİDEO 20 May 2019, 13:07 Azərbaycanda zəfəran yetişdirən əmək resursları dağılıb - PROBLEM 20 May 2019, 12:51 Ramiz Rövşənə “Avrasiya Əfsanəsi” mükafatı verildi   20 May 2019, 12:47 Ukraynanın müdafiə naziri istefa verdi 20 May 2019, 12:40 Gözlər yoldan yığılarmı... - XIX YAZI 20 May 2019, 12:23 İspaniya Azərbaycanlıları Koordinasiya Şurası yaradıldı   20 May 2019, 12:14 Avropa Liqasının finalına görə daşıyıcılara tapşırıq verildi 20 May 2019, 12:08 Ukraynanın yeni prezidenti and içdi - Rada buraxıldı 20 May 2019, 11:55 Şəmkirdə icra başçısının “fərasəti” sayəsində insanların torpaqları əlindən çıxır 20 May 2019, 11:50 Abbasqulu ağa Bakıxanovun Quranı, möhürü – REPORTAJ   20 May 2019, 11:35 “20 gün erməni girovluğunda - Qarabağ həqiqətləri”  filminin çəkilişi başlayıb 20 May 2019, 11:25 Xoca Əhməd Yəsəvinin həyatı - IV YAZI 20 May 2019, 11:20 Zelenski andiçmə mərasiminə piyada getdi  20 May 2019, 11:07 Saakaşvilinin həyat yoldaşı mer seçkilərində uduzdu 20 May 2019, 11:01 BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkdi 20 May 2019, 10:45 DİM məktəb rəhbərlərinə müraciət edib 20 May 2019, 10:40