Modern.az

Suriyada nadir tarixi eksponat aşkarlandı

Suriyada nadir tarixi eksponat aşkarlandı

Dünya

14 Yanvar 2018, 20:30

Suriya hərbçiləri mina təmizləmə əməliyyatları apararkən 50 kv. metrlik mozaik lövhə aşkar ediblər. Modern.az xarici mediaya istinadən xəbər verir ki, tarixi eksponat Həma vilayətinin şərqində yerləşən Akerbat qəsəbəsində aşkarlanıb.

 

Tapıntıdan sonra əraziyə gələn mütəxəssislər mozaikanı zədələmədən çıxarmaq üçün qazıntılara başlayıblar.

 

Qeyd edək ki, bu, Suriyada ilk belə tapıntı deyil. Ötən ilin avqust ayında da Suriyanın Barada vadisində bənzər mozaik üslubda nadir tapıntı aşkar edilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat