Modern.az

Araz Əzimovun ikinci övladı dünyaya gəlib

Araz Əzimovun ikinci övladı dünyaya gəlib

11 İyul 2011, 17:21

Azərbyacan xarici işlər nazirinin müavini Araz Əzimovun ailəsində ikinici övladı dünyaya gəlib. Modern.az  nazir müavinin dostu, tanınmış teleaparcı Azər Qəribə istinadən bildirir ki, Araz bəyin ikinci oğlu olub.
Araz Böyükağa oğlu Əzimov 1962-ci  il iyunun 13-də Bakı şəhərində anadan olub.
Sovet ordusunun tərkibində Əfqanıstanda xidmət edib.
1984-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1984-89-cu illərdə  Azərbaycan Dövlət Teleradio Şirkətində fəaliyyət göstərib.  1989-1990-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsində 2-ci katib, 1990-1991-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsində 1-ci katib, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsində müdir müavini, 1992-1994-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsinin rəisi olub. 1994-cü ildən indiyə kimi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müavinidir. Xarici dillərdən ingilis, fars, rus və türk dillərini bilir. Evlidir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!