Modern.az

NASA və ABŞ nüvə reaktoru hazırlayırlar

NASA və ABŞ nüvə reaktoru hazırlayırlar

19 Yanvar 2018, 21:53

NASA və ABŞ Energetika Nazirliyi kiçik ölçülü nüvə reaktoru hazırlayırlar. Modern.az “Trend”ə istinadən xəbər verir ki, reaktordan kosmik məkanın araşdırılması və ya Ay və Marsın öyrənilməsi üçün istifadə oluna bilər.

Qurğunun növbəti sınağı martda Nevada səhrasında keçiriləcək.

"Kilopower" adlandırılan reaktorun gücü 1-dən 10 kVt-dək olacaq və 10 il istifadə ediləcək.

Kosmik qurumun mütəxəssislərinin qiymətləndirməsinə əsasən, bununla iki fərdi yaşayış evini enerji ilə təmin etmək olar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir