Modern.az

Bakının mərkəzində yaşayış binası yanır - YENİLƏNİB

Bakının mərkəzində yaşayış binası yanır - YENİLƏNİB

Aktual

20 Yanvar 2018, 10:32

Bakının mərkəzində yaşayış binasının damında başlamış yanğının söndürülməsinə 10-a yaxın yanğınsöndürən maşın cəlb olunub. Güclü külək səbəbindən yanğının ətrafdakı binalara keçmək ehtimalı var. 

 

***

 

Bakının mərkəzində yaşayış binasında yanğın başlayıb.

 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Modern.az-a verilən məlumata görə, hadisə "Azneft" meydanı tərəfdə yaşayış binasında baş verib.

 

Hadisə yerinə yanğınsöndürənlər briqadası cəlb edilib.

 

Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat hələ yoxdur.

 

Yanğının hansı səbəbdən başlaması məlum deyil.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar