Modern.az

Sərxoş adamın od vurduğu moteldə 5 nəfər öldü

Sərxoş adamın od vurduğu moteldə 5 nəfər öldü

20 Yanvar 2018, 09:34

Cənubi Koreyanın paytaxtı Seulun mərkəzi hissəsindəki moteldə baş verən yanğında 5 nəfər ölüb, ikisi ağır vəziyyətdə olmaqla 4 nəfər yaralanıb.

 

Bu haqda Modern.az xarici KİV-ə istinadla xəbər verir. 

 

İkimərtəbəli binada yanğın gecə saat 3 radələrində başlayıb. Şahidlərin ifadələrinə əsaslanan polis motelin yaxınlığındakı restoranın işçisini şübhəli şəxs qismində saxlayıb. İlkin dindirmə zamanı müəyyən edilib ki, həmin şəxs yaxınlıqdakı qaz stansiyasından 10 litr maye qaz alaraq moteli yandırıb. Buna səbəb isə sərxoş vəziyyətdə olduğuna görə ona moteldə gecələmək üçün yer verilməməsidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi