Modern.az

Məzahir Pənahov hesabat verməyən partiyalar haqda: “Kəskin mövqe tutmaq tezdir”

Məzahir Pənahov hesabat verməyən partiyalar haqda: “Kəskin mövqe tutmaq tezdir”

Aktual

20 Yanvar 2018, 11:15

"Siyasi partiyalar 2017-ci il üzrə maliyyə hesabatını bu ilin əvvəlindən göndərməyə başlayıblar".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

 

MSK sədri bildirib ki, ötən il bəzi siyasi partiyalar məlumat göndərməyib:

 

"Biz çalışırıq ki, bu prosesi qaydaya salaq, ənənə yaransın, siyasi partiyaların münasibətləri beynəlxalq standartlara uyğunlaşdırılsın. Amma eyni zamanda ümumi mövqeyimiz ondan ibarətdir ki, kəskin mövqe tutmaq tezdir.

 

2017-ci ili iki il əvvəllə müqayisə etsək, müsbətə doğru ciddi fərqlərin olduğunu görmək olar. Hiss olunur ki, siyasi partiyalar bu məsələlərə ciddi yanaşırlar".

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür