Modern.az

Yerevanda yeni etiraz aksiyası keçiriləcək

Yerevanda yeni etiraz aksiyası keçiriləcək

20 Yanvar 2018, 16:17

Ermənistanın paytaxtı Yerevanda növbəti kütləvi etiraz aksiyası keçiriləcək.

Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, bu barədə parlamentdəki “Çıxış” (Yelk) fraksiyasının sədri Nikol Paşinyan məlumat verib.

Onun sözlərinə görə aksiya fevralın 5-nə planlaşdırılıb.

Qeyd edək ki, yanvarın 19-da Yerevanda, “Moskva” kinoteatrının qarşısında “Bahalığa və vergilərin artırılmasına yox!” şüarı altında etiraz aksiyası keçirilib. Bu aksiyanı da “Çıxış” müxalifət bloku təşkil edib.

 

Onu da xatırladaq ki, Ermənistanda bir sıra vergilərin 26 faizdən 28 faizədək artırılacağı gözlənilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir