Modern.az

Rusiya və İran Türkiyəyə qarşı

Rusiya və İran Türkiyəyə qarşı

20 Yanvar 2018, 19:51

Rusiya və İrandan Türkiyənin başladığı "Zeytun budağı" əməliyyatına reaksiya gəldi.  İlk öncə İran Xarici İşlər Nazirliyi Afrin əməliyyatı ilə bağlı açıqlama yayıb. Modern.az xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Hüseyn Cabir Ənsari Türkiyənin başlatdığı Afrin əməliyyatı mövzusunda mətbuat nümayəndələrinə açıqlama verib: "Hər hansı bir ordu adı ilə yaranan hərəkat Soçidə keçiriləcəyi planlaşdırılan Suriya Milli Dialoq Konqresinə müsbət və ya mənfi olaraq təsir edə bilər. Suriyadakı atəşkəsin qarant ölkələrinin (Rusiya, Türkiyə və İran) belə bir şeyin olmaması üçün hərəkətə keçəcəklərini ümid edirik".

 

Rusiya Federasiyası Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klinseviç isə bildirib ki, Suriyaya diplomatik dəstək göstərməkdə davam edəcək və BMT-də Türkiyənin Afrindəki əməliyyatının dayandırılmasını tələb edəcək: “BMT-də Türkiyənin Afrindəki əməliyyatının dayandırılmasını təkcə Suriya tələb etməyəcək.  Rusiya bu tələbi dəstəkləyəcək və Suriyaya diplomatik yardım göstərməkdə davam edəcək. Türkiyənin Afrindəki əməliyyatı Suriyanın suverenliyini kobud şəkildə pozur”.

 

 

 

Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı "Zeytun budağı" əməliyyatı başlayıb.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi