Modern.az

AŞPA-nın yeni sədri kimdir? – DOSYE

AŞPA-nın yeni sədri kimdir? – DOSYE

Dünya

22 Yanvar 2018, 16:22

İtaliyalı deputat, Sosialitlər namizədi Mikele Nikoletti bu gün Avropa Şurası Parlament Assambleyasının sədri seçilib. Modern.az onun həyat yolu ilə bağlı qısa informasiyanı təqdim edir.

 

Mikele Nikoletti 1956-cı il noyabrın 19-da İtaliyanın şimalında yerləşən Trento şəhərində doğulub. Boliniya Universitetində fəlsəfə təhsili alan Nikoletti 2011-ci ildən doğma Trento şəhərində beynəlxalq araşdırmalar məktəbində siyasi fəlsəfə üzrə professor vəzifəsində çalışıb. 2011-ci ildə isə o, Antonio Roveretto adına araşdırmalar mərkəzinin direktoru seçilib.

O 2013-cü il fevralın 25-də keçirilən parlament seçkilərində deputat mandatı qazanır. 2014-cü il avqustun 6-da isə Avropa Şurası Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin rəhbəri seçilir. AŞPA-da fəaliyyəti müddətində o, Xarici Əlaqələr, Etika və s. alt komitələrdə çalışıb. Bundan başqa, italiyalı deputat 2016-2017-ci illərdə Assambleyanın korrupsiya məsələləri üzrə həmməruzəçisi olub.

 

Mikele Nikoletti Roma və doğma Trento şəhərində yaşayır. O, evli və 3 uşaq atasıdır.

61 yaşlı deputat AŞPA-da sosialistlər alyansının üzvü kimi tanınır. Eyni zamanda Nikolettinin reputasiyası onu prinsipial və təcrübəli siyasətçi kimi təqdim edir.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?