Modern.az

“Azərlotereya” tarixində ən böyük uduş - 439.30 MANAT

“Azərlotereya” tarixində ən böyük uduş - 439.30 MANAT

26 Yanvar 2018, 14:50

“Azərlotereya” tarixində ən böyük uduş 439.30 manat məbləğində olub. 


“Azərlotereya” ASC-dən Modern.az-a verilən məlumata görə, Aəzrbaycan Respublikasının ərazisində bütün növ lotereyaların keçirldiyi müddətdə ən böyük uduş 16 sentyabr 2013-cü il tarixində “6/40” lotoreyasının 520-ci tirajında olub. Uduş  439 min 30 manat, qalib isə Bakı şəhəri sakini Məmmədsalahov Siyavuş adlı şəxs olub.


İkinci ən böyük uduşun sahibi  isə 19 fevral 2015-ci ildə "5/36" lotereyasında "Cek Pot"un qalibi Astara rayon sakini Əliyev Yaşardır. O, 205.370 manat qazanıb. 


Qeyd edək ki, 2018-ci ilin ən böyük uduşu yanvarın 4-də "5/36" lotereyasının 2191-ci tirajında "108332”  nömrəli bilet sahibi tərəfindən qazanılan 41.380 manatdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir