Modern.az

Əhalinin milli tərkibi ilə bağlı ən sonuncu statistika açıqlandı (SİYAHI)

Əhalinin milli tərkibi ilə bağlı ən sonuncu statistika açıqlandı (SİYAHI)

14 İyul 2011, 17:54


Azərbaycanda əhalinin sonuncu siyahıya alınması zamanı bəzi göstəricilər dəqiqləşdirilərkən, milli tərkib də müəyyənləşib. Bu barədə Modern.az saytının sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov məlumat verib. Komitədən bildirilib ki, 2009-cu il aprel ayının 13-dən 22-dək ölkədə həyata keçirən siyahıyaalınma zamanı sorğu olunan hər bir şəxs milliyyətini və ana dilini özü müəyyən edib. Uşaqların milliyyəti və ana dili valideynlərin dediklərinə əsasən yazılıb. Beləliklə, Azərbaycanda əhalinin milli tərkibi ilə bağlı ən yeni rəsmi məlumatı təqdim edirik.

azərbaycanlılar  – 8 milyon 172 min 800 nəfər  91%

ləzgilər             -  180 min 300 nəfər                  2%

ermənilər            -  120 min 300 nəfər                 1,3%

ruslar                  - 119 min 300 nəfər                 1,3%

talışlar                 - 112 min nəfər                        1,3%

avarlar               - 49 min 800 nəfər                     0,6%

türklər                - 38 min nəfər                            0,4%
 
tatarlar               - 25 min 900 nəfər                      0,3%

tatlar                 - 25 min 200 nəfər                       0,3%

ukraynalılar     – 21 min 500 nəfər                       0,3%

saxurlar            - 12 min 300 nəfər                      0,1%

gürcülər            - 9 min 900 nəfər                        0,1%
 
yəhudilər          - 9 min 100 nəfər                        0,1%
 
kürdlər             - 6 min 100 nəfər                        0,1%
 
qrızlar             -  4 min  400 nəfər                       0,04%
     
udinlər            - 3 min 800 nəfər                         0,04%
     
xınalıqlar        - 2 min 200 nəfər                         0,02%

digər millətlət – 9 min 500 nəfər                       0,1%

Yuxarıda qeyd etdiyimiz kimi, siyahıyaalınma 2009-cu il aprel ayının 13-dən 22-dək keçirilib və bu zaman əhalidən hansı milliyətdən olduğu soruşulub. Sorğu olunanlar isə könüllü olaraq hansı milliyətdən olduğunu bildirib. 
Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin sayı 1999-cu ildəki siyahıyaalınmanın nəticəsinə uyğun götürülüb. 1999-cu ildə onların sayı 120 min 700 nəfər olub.

Yeri gəlmişkən, Modern.az saytı Dövlət Statistika Komitəsinə Dağlıq Qarabağdan kənarda, o cümlədən Bakıda nə qədər erməninin yaşadığı barədə sorğu ilə də müraciət etmişdi. Lakin əhalinin milli tərkibi ilə bağlı sorğumuz cavablandırılarkən Dövlət Statistika Komitəsi həmin sualımıza cavab verməyib. Halbuki, heç kimə sirr deyil ki, təkcə Bakı şəhərində 30 mindən çox erməni milliyətindən olan insan yaşayır. Bunu ayrı-ayrı dövlət rəsmiləri, deputatlar da müxtəlif vaxtlarda etiraf ediblər.
Belə görünür ki, hazırda Bakıda yaşayan ermənilər əhalinin sonuncu siyahıyaalınması zamanı milliyətlərini gizlədiblər və siyahıya başqa milli mənsubiyyətlə daxil olublar. Məsələn, ya azərbaycanlılar, ya ruslar, ya da başqa millətlər kimi...  

Dövlət Statistika Komitəsindən saytımıza bildirilib ki, siyahıyaalınmadan indiyədək əhalinin sayında xeylı artım baş verib və 2011-ci il iyul ayının 1-nə olan məlumata görə, əhalinin sayı 9 milyon 165 min nəfərə çatıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər