Arxiv
2 Fevral 2018, 17:21 | FOTOSÖHBƏT
Xankəndi ilə FOTOSÖHBƏT

Xankəndi Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 385 km aralıda yerləşir. İnzibati cəhətdən Xankəndinin əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi daxildir. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olub. Sahəsi 8,8 km²-dir.

 

Xankəndi şəhəri şimaldan Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, cənubdan Şuşa, şərqdən Xocavənd, qərbdən Laçın, mərkəzdən isə Xocalı rayonları ilə həmsərhəddir.

 

Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə, şəhər XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınıb. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində tikilib. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınıb. Qısa bir müddətdən sonra isə Xankəndi adını alıb.


Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayıb. Bu işə daim Azərbaycanın ümumi respublika resurslarından böyük dəstək verilib.

 

Xankəndində tikilmiş müəssisələr Yuxarı Qarabağın sənaye məhsulunun yarısından çoxunu istehsal edirdi. Xankəndində bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının məhsulları isə Azərbaycanın daxili bazarında özünə layiqli yer tutmuşdu.

 

Xankəndi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olduğu zamanlarda onun adı Stepanakert qoyulmuşdu.



“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Qanununa əsasən, şəhərin tarixi adı özünə qaytarılıb.

 Xankəndi şəhəri erməni silahlı qüvvələri tərəfindən 28.12.1991-ci ildə işğal olunub.

 

Modern.az saytı hazırda düşmən işğalında olan Xankəndinin fotolarını təqdim edir. Fotoları şəkilaltı sözlərlə əslən Xankəndi şəhərindən olan, Modern.az saytının əməkdaşı İlham Cəmiloğlu şərh edib.

 

 

Xankəndi, Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsinin ilk binası 

 

Şəhərin mərkəzində yerləşən "Qarabağ" mehmanxanası. 1988-ci ilin fevralında Azərbaycan KP MK-nın 2-ci katibi Konovalov və Məhəmməd Əsədovun Xankəndini təcili tərk etmələri ilə bağlı naməlun zəng məhz bu mehmanxanaya gəlmişdi

 

Xankəndi şəhərinin Mərkəzi Stadionu. Məlum hadisələrə qədər bu stadionda azarkeşlərin mübahisə və davaları tez-tez baş verib. Həmin dövrdə heyəti demək olar ki, bütövlükdə ermənilərdən ibarət olan Xankəndinin "Qarabağ" komandası Lənkəranın "Xəzər", Naxçıvanın "Araz" futbol klubları ilə görüşəndə bu stadionda yaranan milli zəmində olan mübahisələri bir çox hallarda polislər sakitləşdirib

 

Xankəndi Pedaqoji İnstitutu. Hazırda bu binada Artsax Dövlət Universiteti fəaliyyət göstərir. 1988-ci ildə ermənilər Xankəndi şəhərində mitinq və nümayişlərə başlayanda əsas planlarından biri də, bu təhsil ocağında oxuyan azərbaycanlı tələbələri və çalışan müəllim-professor heyətini şəhərdən uzaqlaşdırmaq olub

 

 

 

Bu abidə 1975-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 30 illiyi münasibətilə yaradılıb. Hazırda bu kompleksdə Qarabağ savaşında ölən qatil xislətli erməni döyüşçülər dəfn olunur

 

Xankəndi şəhərinin Ağdam istiqamətindən girişi. Yerli sakinlər buranı "koltsevoy" adlandırıblar

 

Maksim Qorki adına Xankəndi Dövlət Dram Teatrı. Hələ dünyanın düz vaxtlarında Bakı teatrları bu binada tamaşalar nümayiş etdirəndə şəhərin erməni sakinləri bu tamaşaları qısqanclıqla qarşılayıblar

 

 

Şəhərin Kirov prospektində yerləşən 9 mərtəbəli yaşayış binası. Bu binanın birinci mərtəbəsində "Nağıl" univermağı fəaliyyət göstərib

 

Təbiətin bütün gözəlliklərini özündə cəmləşdirən Xankəndi şəhərinin bütün küçə və prospektləri yaşıllıqlar içində olub

 

Şəhər poliklinikası və 366-cı alayın qarşısında yerləşən istirahət parkı

 

Xankəndi dəmiryolu vağzalı. 12 yanvar 1979-cu ildə Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyev stansiyanın açılışını edib

 

 

80-ci illərin əvvəllərində tikilib istifadəyə verilmiş Siyasi Maarif evi

 

Köhnə Xankəndi, ilk çoxmənzilli yaşayış binaları

 

 

Xankəndinin mərkəzi poliklinikası

 

 

80-ci illərdə sürətlə tikilən yaşayış massivi, Engels küçəsi

 

 

 

 

 

2 saylı uşaq baxçası

 

 

Xankəndi asfalt zavodu

 

Xankəndinin kolxoz bazarı

 

Zamanında çox məşhur olan "Rossiya" kinoteatrı

 

Xankəndi Dövlət Bankı

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Məsimli: “Bu sahədə aşkarlanan 79 nöqsanın xeyli səbəbi var” 13 Aprel 2021, 12:15 Yerevan meri Azərbaycana GƏLİR 13 Aprel 2021, 12:13 “Sarqsyanın əli Xocalı qurbanlarının qanına batıb” - İlham Əliyev 13 Aprel 2021, 12:10 Dünyanın ən böyük dovşanı oğurlandı – FOTO 13 Aprel 2021, 12:04 Əliyev Putinlə Şuşaya atılan “İsgəndər-M” raketini müzakirə edib 13 Aprel 2021, 11:58 Hüsü kişinin gördükləri, eşitdikləri və dedikləri - I yazı 13 Aprel 2021, 11:54 Bakı Ali Neft Məktəbində  beynəlxalq konfrans - FOTOLAR 13 Aprel 2021, 11:51 Efir jurnalistikası koronavirusa hazır deyil - İDDİA 13 Aprel 2021, 11:50 Azərbaycanın on milyonuncu adamı - FOTOLAR 13 Aprel 2021, 11:49 Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə etdi 13 Aprel 2021, 11:48 Azərbaycanda dəhşət - oğul anasını çəkiclə öldürdü 13 Aprel 2021, 11:43 Azərbaycanın sabiq və hazırkı XİN rəhbərləri GÖRÜŞDÜ 13 Aprel 2021, 11:38 Qüdrət Həsənquliyev deputat həmkarlarına SƏSLƏNDİ 13 Aprel 2021, 11:33 Zahid Oruc: ”Düşmən Qarabağı özü üçün məzarlığa çevirdi” 13 Aprel 2021, 11:28 “Hərbi Qənimətlər Parkının açılışı tarixi zəfərin təqdimatı idi” - Musa Quliyev 13 Aprel 2021, 11:25 Parlamentdə bələdiyyələrdən NARAZILIQ: “Fəaliyyəti dayandırılmalıdır” 13 Aprel 2021, 11:24 Türk dövlətlərinin birliyi həm də media birliyindən keçir 13 Aprel 2021, 11:22 Hərbi qənimətlər parkı 13 Aprel 2021, 11:19 “Müharibədən sonrakı vəziyyət çox kövrəkdir” - Prezident 13 Aprel 2021, 11:14 Ermənistan müxalifətində parçalanma – Sarkisyan Koçaryana QARŞI 13 Aprel 2021, 11:10 Həftəlik hava PROQNOZU 13 Aprel 2021, 11:09 Xocalı soyqırımını heç vaxt unutmayacağıq - İlham Əliyev 13 Aprel 2021, 11:04 İmişlidə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 13 Aprel 2021, 11:00 Ordumuzun sülhməramlı bölmələrində təlimlər keçirilib - VİDEO 13 Aprel 2021, 10:55 Sahil Babayevin 1686 əməkdaşı CƏZALANDIRILDI 13 Aprel 2021, 10:50 “Baku Steel Company”dəki qəza ilə bağlı AÇIQLAMA 13 Aprel 2021, 10:46 Zelenski: “Rusiya Ukrayna-Qərb münasibətlərini sınağa çəkir” 13 Aprel 2021, 10:41 Azərbaycan bu xarici universitetlərin diplomlarını tanımır - SİYAHI 13 Aprel 2021, 10:40 Təyyarəçi olmaq istəyən jurnalist - Osman Mirzəyev - FOTOLAR 13 Aprel 2021, 10:36 İlham Əliyev: “Azad etdiyimiz ərazilərdəki dağıntılar gözlədiyimizdən də artıq idi” 13 Aprel 2021, 10:32 Agentlik nöqsanlar aşkarlanan restoranı BAĞLADI 13 Aprel 2021, 10:28 “Sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur” - Vüqar Bayramov 13 Aprel 2021, 10:22 “Münaqişədən sonrakı inkişafla bağlı hələ çox məsələlər var” - Prezident 13 Aprel 2021, 10:17 Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq 13 Aprel 2021, 10:12 “Ramazan ayı ötənilki qaydalar çərçivəsində keçiriləcək” - Hacı Şahin 13 Aprel 2021, 10:06