Modern.az

Helikopter şəhərin ortasına düşdü

Helikopter şəhərin ortasına düşdü

5 Fevral 2018, 14:07

Yaponiyada şəhərin ortasına helikopter düşüb.

 

Modern.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Yaponiyanın Kanzaki şəhərində bir hərbi helikopter  yaşayış yerinə düşüb. Hadisə nəticəsində xeyli miqdarda maddi ziyan dəyib.

 

Hələ ki, ölü və yaralıların sayı barədə məlumat verilmir. Hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.

 

Qəzayla bağlı araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat