Arxiv
6 Fervral 2018, 21:59 | REPORTAJ
Bəxti gətirən “bəxtsiz” ermənilər, yaxud Brejnevin ŞANSLI FOTOQRAFI

Leonid İliç Brejnevin şakərlərindən biri də şəkil çəkdirmək olub. 1969-cu ildən 1982-ci ilə qədər Vladimir Musaelyan SSRİ rəhbərinin şəxsi fotoqrafı vəzifəsində çalışıb. Brejnevin və onun ailəsinin ayrı-ayrı məqamlarını fotolentə köçürən Musaelyan ailəyə yaxın olan şəxslərdən biri sayılıb. Və təbii ki, milliyətcə erməni olan Musaelyan əsl ermənilərə xas olan erməni xislətininin “element”lərindən də yetərincə istifadə edib.

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Musaelyana hətta bir dəfə Leonid İliçi ölümdən xilas etmək “xoşbəxtliyi” də qismət olub.

 

Bu hadisə sovet nümayəndə heyətinin Polsaya səfəri zamanı baş verib. Polşada sovet döyüşçülərinin şərəfinə ucaldılmış abidəyə əklil qoyma mərasimində öndə əklili aparan əsgərlər gedib, onların arxasınca isə Leonid İliç Brejnev aramlı addımlarla irəliləyib. Digər nümayəndə heyətinin üzvləri və mühafizəçilər isə protokol qaydalarına görə bir xeyli aralı məsafədə arxada dayanıblar. Brejnevin yaxınlığında yalnız şəxsi fotoqrafı Vladimir Musaelyan olub. Mərmər pillələri qalxmaq istəyəndə Leonid İliç büdrəyib. Baş katibin arxası üstə yıxılacağını görən fotoqraf əlindəki aparatı kənara atıb və çox cəldliklə özünü Brejnevə yetirərək onun qolundan yapışıb. Hər tərəfi daş döşəmə olan abidənin qarşısındakı meydançada Brejnevin yıxılması onun başının zərblə yerə dəyməsi və ölümü ilə də nəticələnə bilərdi.

 

Həmin anı erməni fotoqraf dəfələrlə jurnalistlərə qəhrəmanlıq nümunəsi kimi xatırladıb:

- Mən Bejnevin yaxınlığında idim. Əklilin lentini düzəldən zaman onun şəklini cəkməliydim. Abidənin qarşısındakı meydançada məndən başqa heç kim yox idi. Mühafizəçilər də arxada idilər. Brejnev pilləkənlə qalxanda nədənsə mənə elə gəldi ki, sanki o, qalxmaq əvəzinə tullanır. Elə bu məqamda ayaqları büdrədi. Mən bir göz qırpımında aparatı kənara atıb özümü qabağa atdım və onun qolundan möhkəm yapışdım. Brejnevin qolundan elə möhkəm tutmuşdum ki, o hətta, mənə əsəbiləşib dedi ki, “bir az yavaş, qolumu sındırmışdın”. Bu sözdən pərt olmuşdum. Amma pərtliyim axşam ötüşdü. Çünki Leonid İliç axşam mənə öz minnətdarlığını bildirmişdi. Baş katibin mühafizə rəhbəri də öz təşəkkürünü bildirdi və dedi ki, onları böyük bir faciədən qurtardım.

 

 

İki dəfə infarkt keçirən Baş katibin fotoqrafı Brejnevin şəkil çəkdirmək həvəsi haqqında da söhbət açıb:

- Leonid İliç şəkil çəkdirməyi çox sevirdi və bu məsələyə xüsusi diqqətlə yanaşırdı. O, adətən mənim işimdən razı qalırdı, amma fotonun siyasətini özü müəyyənləşdirirdi. Brejnev çox mülayim insan olub. Bir dəfə gecə 11-də mənə zəng edib belə bir sual verdi:

- Sən evdə neyniyirsən?

Sual məni təəcübləndirdi və cox sadə cavab verdim:

- İstirahət edirəm, Leonid İliç.

- Necə olur ki, mən işdəyəm sən isə evdə istirahət edirsən?

- Leonid İliç, axı siz dövlətin rəhbərisiniz.

O gülümsəyib dəstəyi yerə qoydu.

 

Vladimir Musaelyan Baş katiblə bağlı xatirələrini və öz həyat tərzi ilə bağlı fikirlərini də bölüşüb:

- Leonid İliç ilk baxışdan ağır insan təəssüratı bağışlasa da, o çox çevik adam idi. Xüsusilə, xarici səfərlərdə mənim işim çətin olurdu. Elə olurdu ki, sutkalarla vaxtında nahar edə bilmirdim. Çünki Baş katib öz naharına cəmisi 5-8 dəqiqə vaxt sərf edirdi və yenidən növbəti tədbirlərə tələsirdi. O şəxsi personalının problemləri ilə həmişə maraqlanırdı. Mən ona yalnız bir problemimlə bağlı müraciət etmişdim. O, xahişi də özü soruşanda etmişdim. Mənzil şəraitimin normal olmadığını Baş katibə bildirəndə elə həmin an o, bu məsələni yoluna qoydu və mən yeni mənzilə köçdüm. Başqa elə bir problemim yox idi. SİTA-nın fotomüxbirlərindən iki dəfə çox, 240 rubl maaş alırdım. Üstəgəl ezamiyyət xərcləri. Bu məbləğ o dövr üçün yaxşı pul sayılırdı. Bəzən çəkilişlərə görə hədiyyələr də olurdu. Yadımdadır, bir dəfə Yaponiyada çəkilişlərimə görə mənə çox yüksək qonorar vermişdilər. Ən yüksək hədiyyəm isə Bolqarstanda sərgi üçün hazırladığım şəkillərə görə almışdım. Bu işimə görə mənə “Opel” markalı avtomobil vermişdilər. O vaxt belə maşın bizim ölkəmizdə barmaqla göstərilirdi. Ancaq bütün bunlardan daha çox mənə istirahət lazım idi. Çünki Baş katib istirahətdə olanda da mən işləyirdim. Brejnev ova gedəndə, qeyri-rəsmi görüşlərdə, ziyafətlərdə, istirahət üçün kurortlarda dincələndə də mən onun yanında olmalı idim. Çünki mən onun yeganə fotoqrafı idim. Və ən maraqlı çəkilişlər də belə vaxtlar alınırdı. Leonid İliç heç vaxt çəkilişlərə qadağa qoymurdu. Hətta çimərlik paltarında olanda, ov libasını geyinəndə də çəkilişə icazə verirdi və bir çox hallarda təşəbbüskar özü olurdu. Bir dəfə səfər zamanı Baş katibin mühafizəçiləri mənim foto avadanlıqlarımı daşımağa kömək edəndə Breynev müşahidə etmişdi. Buna görə məni tənbeh etdi:

 

- Vladimir, mən bir məsələni anlaya bilmirəm. Sən mənim mühafizəçilərimi istismar edirsən. Axı onların öz işi var.

Bu sözlər mənə çox pis toxunmuşdu və bunu Brejnev də hiss etmişdi. Elə həmin gün axşam ziyafət zamanı hamının içində Baş katib yüksək səslə məni səsləyərək stola dəvət etdi. O, belə məsələlərdə çox həssas insan idi. O həm də zarafatı çox sevirdi. Lətifə danışmağı xoşlayırdı. O cümlədən özü haqqında danışılan lətifələrdən də xəbəri var idi. O, bu lətifələri təbii qəbul edərək deyirdi:

- Demək, mən varam ki, haqqımda lətifələr söyləyirlər.

 

Bəzən mən çəkdiyim şəkillərə də zarafatla reaksiya verirdi:

- Vladimir, mən bu şəkildə lap Alen Delona bənzəyirəm.

 

Göründüyü kimi həyatda hər şeydən zövq almağı bacaran Leonid İliç Brejnev çəkilişlərdən, öz şəkillərindən də kifayət qədər zövq almağı bacarıb. Elə buna görə də həyatının bir çox anlarını şəkil yaddaşına köçürməyə üstünlük verib və şərait yaradıb. Baş katibin bu şakərindən erməni fotoqraf da kifayət qədər bəhrələnməyi bacarıb, yetərincə istifadə edib. Həm də ki, xislət hər yerdə özünü büruzə verməlidir axı, o ki, qaldı erməni xisləti ola...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə iftar süfrəsi açıldı 26 May 2019, 01:01 Bakıda dəhşətli qətl: övlad atasının başını kəsdi 26 May 2019, 00:31 Leyla Əliyevadan yeni şeir:  “Mən elə sizəm” 26 May 2019, 00:14 Abşeronda evdə qaz balonu partladı: yaralı var 25 May 2019, 23:54 Yük gəmisində yanğın 25 May 2019, 23:41 Bu ölkədə 700 il ərzində ilk məscid tikildi 25 May 2019, 23:23 Qəzzada vəziyyət  kritik həddə çatdı 25 May 2019, 23:06 Daha bir təyyarə qəzası: Pilot və sərnişin öldü 25 May 2019, 22:47 Şəkidə güclü külək ağacı evin üzərinə aşırıb - FOTO 25 May 2019, 22:29 Türkiyədən terrorçulara zərbə 25 May 2019, 22:09 Məhkəmədən Trampa qadağa 25 May 2019, 21:51 İmişlidə qardaş qardaşını bıçaqladı 25 May 2019, 21:33 Sünni millət vəkillərindən prezidentə təhdid 25 May 2019, 21:13 Komitə sədri Balakəndə şikayətləri dinlədi 25 May 2019, 20:59 Güclü gülək Qubada fəsadlar törətdi 25 May 2019, 20:46 “Arsenal” Bakıda belə qarşılandı - FOTOLAR 25 May 2019, 20:29 “Sarı jiletlilər” yenidən ayağa qalxdı 25 May 2019, 20:19 Şimal bölgəsində hava kəskin pisləşir: “Azərişıq” hərəkətə keçdi 25 May 2019, 20:01 İran ABŞ-ı hədələdi: "Gəmilərinizi batırarıq" 25 May 2019, 17:58 Ağdamda düşmən ordusunun 5 hərbçisi  öldü - Təlim DAYANDIRILDI 25 May 2019, 17:48 “Arsenal” Bakıya yola çıxıb 25 May 2019, 17:35 Suriyada Rusiya aviabazasına raket hücumu? 25 May 2019, 17:27 İranda zəlzələ oldu 25 May 2019, 17:08 İnsanlığın faciəsi 25 May 2019, 16:56 XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir” 25 May 2019, 16:47 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47