Modern.az

Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyədən üzr istədi

Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyədən üzr istədi

Dünya

7 Fevral 2018, 12:32

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rəsmi şəkildə və yazılı formada Türkiyədən üzr istəyib.

 

Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

 

Nazirin sözlərinə görə, bir neçə il əvvəl ABŞ-ın keçmiş dövlət katibi Con Kerri bildirmişdi ki, MKİ Türkiyənin İŞİD-dən neft almasını təsdiq edən kəşfiyyat məlumatlarına malikdir. Bu məlumatı təkzib edən Türkiyə XİN sübut tələb etmişdi:

 

“Ankaranın bütün tələblərinə baxmayaraq, MKİ Türkiyənin İŞİD-dən neft almasını təsdiq edən heç bir sübut təqdim edə bilmədi. Bundan sonra Türkiyə XİN Mərkəzi Kəşfiyyat İdarəsindən rəsmi üzrxahlıq tələb etmişdi”.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?