Modern.az

Seçki bülletenlərinin hazırlanması martın 7-dək başa çatacaq

Seçki bülletenlərinin hazırlanması martın 7-dək başa çatacaq

8 Fevral 2018, 10:07

Növbədənkənar prezident seçkilərində Mərkəzi Seçki Komissiyası tərəfindən seçki bülletenlərinin hazırlanması qaydası, forması və sayının təsdiq edilməsi prosesi martın 7-dək başa çatmalıdır.

 

Modern.az-ın məlumatına görə, bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət tədbirlərinin Təqvim Planında qeyd edilib.

 

Səsvermə protokollarının MSK tərəfindən dairə seçki komissiyalarına, DSK-lardan məntəqə seçki komissiyalarına verilməsi prosesi səsverməyə ən azı 4 gün qalanadək, yəni aprelin 7-dək başa çatmalıdır.

 

MSK tərəfindən seçki bülletenlərinin hazırlanması səsvermə gününə ən azı 10 gün qalanadək, yəni aprelin 1-dək başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir